» » Qatarların hamısında "Wifi" olacaq

Qatarların hamısında "Wifi" olacaq

Qatarların hamısında "Wifi" olacaq

Azərbaycanda bütün qatarlarda "Wi-Fi" sistemi qurulacaq.

Ucarliyiq.biz bildirir ki, bunu Publika.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, hazırda Bakı-Sumqayıt qatarında olduğu kimi, yaxın gələcəkdə digər istiqamətdə hərəkət edən qatarlarda da "Wi-Fi" şəbəkəsinin qurulacaq.

"Bakı sərnişin dəmiryolu vağzalında yenidənqurma işləri aparılır. Bu işlər başa çatanda stansiyada "Wi-Fi" şəbəkəsi qurulacaq. Daha sonra isə Bakı-Tiflis-Qars dəmiryolu xətti istifadəyə veriləndən sonra həmin qatarlarda da bu şəbəkə qurulacaq. Çünki qatarlarımız Avropaya qədər hərəkət edəcək və "Wi-Fi" şəbəkəsi müasir zamanın tələbidir. Lakin bunun üçün əvvəlcə Rusiya və Gürcüstan kimi qonşu ölkələrlə razılıq əldə olunmalıdır. Qatarlar hərəkətdə olduğuna görə bu məsələdə bir az çətinliklər üzə çıxır. Bunu qatar gedən başqa ölkələrlə də razılaşdırmaq lazımdır. Bizimlə yanaşı həmin ölkələrdə də şəbəkənin qurulması üçün işlər həyata keçirilməlidir" - deyə N.Əzməmmədov əlavə edib.