» » Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu

Noyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz mülayimləşən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 10-14° isti təşkil edəcək.

Noyabrın 28-si gündüzədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Noyabrın 29-u günün ikinci yarısından 30-dək meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Mülayim qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, bəzi yerlərdə 7° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Mülayim qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Mülayim qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Gecə 8-10° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-9° isti, gündüz 8-12° isti olacaq.