» » Kişilərin boyu seksual əlaqələrinə təsir edirmiş

Kişilərin boyu seksual əlaqələrinə təsir edirmiş

Kişilərin boyu seksual əlaqələrinə təsir edirmiş

Amerikalı mütəxəssislər kişilərin boyunun seksuallıqlarına təsir edib-etməməsi faktını araşdırıblar.
Təcrübələrin nəticələri Men’s Health dərgisində dərc olunub. Araşdırmalardan məlum olub ki, hündür boylu kişilərin kiçik boylu kişilərə nisbətən daha çox qadın partnyorları olub.
Mütəxəsisslər 60 000 kişi üzərində aparılan təcrübədən belə nəticəyə gəliblər: güclü cinsin hündür boylu nümayəndələri digər həmcinslərinə nisbətən 3 dəfə çox seksual əlaqələrə malikdirlər.
Araşdırmaçılar bildirirlər ki, bunun kökləri təkamül prosesləri ilə bağlıdır. Hətta, o zamanlar, qəbilə qadınları özlərinə hündürloylu kişilər seçərdilər. Hesab edilirdi ki, onlar daha sağlam və güclü olurlar. Bundan əlavə, hündür kişilər qadınları və uşaqları daha yaxşı qoruyurlar.
Şüuraltında gedən bu proses bu gün də öz aktivliyini saxlayır.
Alimlərin fikrincə, bu xəbər kiçik boylu kişiləri ruhdan salmamalıdır. Uzunmüddətli münasibətlər üçün isə qadınlar hər şeydən əvvəl xeyirxahlıq, qayğı, səmimilik və digər keyfiyyətlərə üstünlük verirlər.

Qəmər Əliyeva