Qoğalın nağılı.



Qoğalın nağılı.


Biri var idi, biri yox idi.Bir baba ilə nənə var idi. Bir gün baba nənəyə deyir ki, qoğal bişir. Nənə bir gözəl həvəslə xamır yoğurmağa başladı. Nənə qoğalı xamaya batırdı, yağda qızartdı və soyuması üçün pəncərənin kənarına qoydu. Bir az keçdikdən sonra Qoğal dığırlanaraq pəncərədən masaya, ordan da döşəməyə, ordan da qapıya doğru, ordan da eşiyə, ordan da otların üstünə, ordan da artırmaya, ordan da həyətə, ordan da darvazaya, ordan da daha uzaqlara dığırlanmaqda davam etdi.
Yolda qoğal dovşana rast gəldi. -Qoğal, ay qoğal mən səni yeyəcəm. -Məni yemə,ay dovşan.Sənə mahnı oxuyaram,- dedi və oxumağa başladı: Umdum qoğal olmuşam Süd ilə yoğrulmuşam Babadan da qaçmışam, nənədən də qaçmışam, Səndən nə var qaçmağa, deyib dığırlanaraq qaçdı.
Qoğal bir az da dığlrlandıqdan sonra yolda canavara rast gəldi. -Qoğal, ay qoğal mən səni yeyəcəm. -Məni yemə, canavar qardaş .Sənə mahnı oxuyaram,- dedi və oxumağa başladı: Umdum qoğal olmuşam Süd ilə yoğrulmuşam Babadan da qaçmışam, nənədən də qaçmışam, Dovşandan da qaçmışam, Səndən nə var qaçmağa, deyib dığırlanaraq qaçdı.
Qoğal bir az da dığlrlandıqdan sonra yolda ayıya rast gəldi. -Qoğal, ay qoğal mən səni yeyəcəm. -Məni yemə, ayı qardaş .Sənə mahnı oxuyaram,- dedi və oxumağa başladı: Umdum qoğal olmuşam Süd ilə yoğrulmuşam Babadan da qaçmışam, nənədən də qaçmışam, Dovşandan da qaçmışam, Canavardan da qaçmışam, Səndən nə var qaçmağa, deyib dığırlanaraq yenə də qaçdı.
Qoğal bir az da dığlrlandıqdan sonra yolda tülküyə rast gəldi. -Qoğal, ay qoğal, sən nə qəşəngsən. Qoğal isə oxumağa başladı. Umdum qoğal olmuşam Süd ilə yoğrulmuşam Babadan da qaçmışam, nənədən də qaçmışam, Dovşandan da qaçmışam, Canavardan da qaçmışam, Ayıdan da qaçmışam, Səndən nə var qaçmağa.
Tülkü dedi: - Nə gözəl mahnıdır bu.Amma, qəşəng qoğalım mənim, mən qocalmışam, pis eşidirəm, sən gəl otur mənim burnuma və mahnını burda oxu ki, yaxşı eşidim.Qoğal tülkünün burnuna tullandı və mahnısını yenə oxudu. - Çox sağ ol, qoğal, ela mahnıdır.Yenə də eşitmək istərdim.Sən gəl dilimin üstündə otur və mahnını sonuncu dəfə yenə də oxu mənimçün. Qoğal elə təzəcə tülkünün dilinin üstünə atlamışdı ki, tülkü - HAM deyib qoğalı yedi

Müəllif

ZULKA

Oxunub

2039

Tarix

9-03-2013, 11:23

Rəylər

3

 

0 Bəyənmədim

 
 

NAQILLAR | 9 mart 2013 16:25

he usaqliq illeri harda qalmisan tesekkurler

S_P_S | 9 mart 2013 15:29

yaaa Tulkuye baxe piss qogali yediye(((((nenemden qacmiwam senden ne var qacmaga ))cox sagol uwaqlig illerine qayitdim

ZULKA | 9 mart 2013 12:41

Bu nağılı əzbərdən bilirdim,amma bir az unutmuşdu.Yadıma düşdü tapıb oxudum və sizlərlə də bölüşdüm.

Rəylərinizi bildirin

Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

Oxşar xəbərlər: