» » O qədər narkotika qəbul etdi ki... - maşını görün harda saxladı - VİDEO

O qədər narkotika qəbul etdi ki... - maşını görün harda saxladı - VİDEO

O qədər narkotika qəbul etdi ki... - maşını görün harda saxladı - VİDEO

Narkotik maddədən o qədər qəbul etdi ki, sonda maşını binanın qarşısında yox, üstündə saxladı.

ABŞ-ın Arkansas ştatındakı Benton şəhərində polislər avtomobili mağazanın damında saxlayan şübhəlini nəzarətə götürüb. Onun avtomobili bu hündürlüyə necə dırmaşdırdığı çoxlarına məlum olmasa da, polislərin dediyinə görə, narkotik maddə, sürücü ilə birgə avtomobili də" uçurdub ".

Sakinlər Uilyam Dikerson adlı sürücünün yüksək sürətlə idarə etdiyi avtomobillə təhlükəli manevrlər etdiyini görəndə, dərhal polisə xəbər verib. Hadisə yerinə gəlib, sürücünün izinə düşən asayiş keşikçiləri, şübhəlini yaxalamaq üçün krandan istifadə etməli olub. Buna səbəb nəzarətdən çıxan maşının yol kənarındakı binanın üstünə uçmasıdır.

Olayda avtomobil və binaya ciddi ziyan dəymədiyi, sürücünün isə hər hansı xəsarət almaması diqqət çəkib. Narkotik maddənin təsiri altında olan 47 yaşlı Uilyam Dikerson əvvəl həkim, daha sonra polis nəzarətinə götürülüb. Onun haqqında cinayət işi qaldırılıb. Hələlik narkotik maddənin təsiri altında avtomobil idarə etmə və qanunları pozmaqda günahlandırılan sürücünün haqqında əlavə ittihamların irəli sürüləcəyi istisna edilmir.