» » Uzun ayaqlarına görə - hara gedir qovurlar - VİDEO

Uzun ayaqlarına görə - hara gedir qovurlar - VİDEO

Uzun ayaqlarına görə - hara gedir qovurlar - VİDEO

Xanımların əksəriyyəti cazibədar görünmək üçün uzun ayaqlara sahib olmaq istəyir. Amma yəqin ki, heç kəs Amerika Birləşmiş Ştatlarında yaşayan Chase Kennedy-nin yerində olmaq istəməz.Ayaqlarının uzunluğu 1 metr 29 santimetr olan gənc qız, məhz ayaqlarının həddən artıq uzun olmasına görə iş tapmaqda çətinlik çəkir.

Chase-nin 22 yaşı var. 10 yaşından etibarən onun ayaqları sürətlə uzanmağa başlayıb. Hətta o dərəcədə uzanıb ki, getdikcə onun ayaq, diz bükülmələrində şiddətli ağrılar baş qaldırıb.Elə, ayaqlarının bu qədər uzun olmasına görə, model şirkətləri onunla iş birliyi qurmaq istəmir. Ümumiyyətlə uzun ayaqlar hər zaman gənc qızın başına bəla olub. Məktəbdə hamı ona lağ etdiyindən, təhsilini də yarımçıq qoymaq məcburiyyətində qalıb.

Hazırda Chase Kennedy dünyanın ən uzun ayaqlı qızı kimi adını Ginnesin Rekordlar kitabına yazdırmağı planlaşdırır.Heç olmasa qazancı bu olsun deyə...