» » Sən demə ağlamaq ömrü uzadırmış. Necəmi???

Sən demə ağlamaq ömrü uzadırmış. Necəmi???

Sən demə ağlamaq ömrü uzadırmış. Necəmi???

"Gülüş ömrü uzadır"... Bu deyim insanlar arasında çox populyardır.
Ucarliyiq.biz xəbər verir ki, lakin yaponiyalı mütəxəsisslər ağlamağın insan sağlamlığına gülüşdən də xeyirli olduğunu iddia edirlər. Onların sözlərinə görə, göz yaşları axıdaraq bir çox xəstəliyin yaranmasına səbəb olan stresslə mübarizə aparmaq mümkündür. Ürək qan-damar xəstəlikləri, yüksək təzyiq, diabet və şişmanlıq kimi xəstəliklərin müalicəsində də ağlamanın effektiv olduğu üzə çıxıb. Artıq Yaponiyada bəzi xəstəxanalarda bu üsuldan istifadə olunur. Xəstələrə necə deyərlər göz yaşı töküb ürəklərini boşaltmaları üçün xüsusi şərait yaradılır.