» » Qadına qarşı olab zorakılıq.

Qadına qarşı olab zorakılıq.

Qadına qarşı olab zorakılıq.

Çox vaxt müşahidə edilən məsələdən biri qadın zorakılığıdı ki, hər zaman günün aktual mövzusuna cevrilir.
Bəzisi incidilir,bəzisi döyülür,bəzisi isə qadın alverinin qurbanı olur.Əslində qadın anadır və sevilməyə qadirdir.
Cəmiyyətin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşmış və inkişaf etmişdir. Lakin bu inkişaf asan əldə olunmamış, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparmışlar. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bəzən də qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır.
Niyə qadınlar zorakılığa məruz qalır?
Bəzi hallarda qadın elə,bir hərəkət edir ki,onun hərəkətlərindən təngə gələn qarşı tərəf cıxış yolunu yalnız zor tətbiq etməkdə görür.Ailədə qısqanclığın yaranması cox hallarda qadına qarşı zor tətbiq edilməsinə gətirib cıxarır.Buda pisxoloji amillərdın biridir.
Belə bir atalar sözü od olmayan yerdə su cıxmaz. Ümimiyyətlə gərək tərbiyə formasını elə bir formada qurmalıyıq ki,ər-arvad və ya,qaynana-gəlin arasındakı balans pozulmasın.
Boşanmaların səbəbi qadın zorakılığından irəli gəlir.
Lakin nə qədər qəribə görünsə də, zorakılığın qarşısını almağın ən sivil yolu ayrılmaqdır. Necə deyərlər, ziyanın yarısından qayıtmaq xeyirdir. Təbii ki, istənilən halda cinayət baş verməmiş ayrılmaq ən düzgün çıxış yolu sayıla bilər. Amma bu, məsələnin qanuni tərəfidir. Problemə mənəvi tərəfdən yanaşdıqda görmək olar ki, boşanmaq azərbaycanlı milli-mənəvi dəyərlərində təqdir olunmur. Heç kimə sirr deyil ki, ailəsi dağılmış insan, əsasən də qadın cəmiyyətdə birmənalı qarşılanmır. Bu neqativ hal uşaqların da sosial mövqeyinə, onların formalaşmasına pis təsir edir. Bəs onda nə etməli, zorakılığa dözməlimi? Atalar demişkən: "Yuxarı tüpürürsən, bığ, aşağı tüpürürsən, saqqal". Ataların bir başqa sözü də var ki, saqqalım yoxdur, sözüm ötmür deyilir. Göründüyü kimi, bu halda ağsaqqal məsləhətinin, həyat təcrübəsinin müstəsna rolu qeyd olunur.
Ailə kicik bir dövlətdi və bu kicik dövlətdə bərabərliklər eyni olmalıdır cinsiyyətindən asılı olmayaraq.