» » Qadınların kişilərdən üstün olduğu sahələr hansıdır?

Qadınların kişilərdən üstün olduğu sahələr hansıdır?

Qadınların kişilərdən üstün olduğu sahələr hansıdır?

Bəzən el arasında qadın zərif məxluqdur deyirlər.

Amma əslində belə deyil qadın anadır, qadın tərbiyəçidir, qadın baş tacıdır. Bizləri öz bətnində 9 ay saxlayıb, dünyaya gətirən də qadındır. Onların ən üstün cəhətləri əslində elə qadın olmaqlarıdır. Qadının zəif olmadığı bildirən amillərdən biri də onların snayperçi və sürücülükdə çox diqqətli və dəqiq olmasıdır. Kişilərimiz bunu qəbul etməsələr belə.

Qadınların ən yaxşı bacardığı ilk iş snayperçilikdir.

"Qadınlar kişilərlə müqayisədə daha sərrast atəş aça bilirlər. Hazırlıqlı qadın snayper hadisələrə, baş verənlərə soyuqqanlılıqla yanaşır, eyni zamanda, onlarda silahdan atəş açarkən əllərin titrəməsi hiss olunmur".

Snayperlikdə olduğu kimi qadınlar sürücülükdə də daha səliqəli və daha məsuliyyətlidirlər.

Məsələn statistikaya görə ən çox qəza yaradanlar kişilərdir. Heç bir qadının kiminsə üstündə keçdi öldü xəbərini oxumusunuzmu. Oxusanız belə çox az ola bilər. Amma kişilərin hər gün yollarda ehtiyatsızlıq və qəza şəraiti yaratdıqlarına görə xəbərlər oxuyuruq. Bu da onun göstəricisidir ki, qadınlar kişilərdən daha diqqətlidir.

Qadınların kişilərdən daha üstün olduğu bir sahə isə meçindayzerlik və təqdimat sahəsidir.

İstənilən bir xanımın bacarıqla həyata keçirdiyi PR öz uğrunu tapmış olur.

Bir mövzuya da toxunmaq istəyirəm. O da qadınların kişilərdən daha yaxşı bazarlıq etmələridir. Məsələn kişilər bir almanın qiymətini 5 manata görüb həmən yerdən alırlarsa, qadınlar əksinə 5 yerdən onun qiymətini soruşub ən ucuz və ən keyfiyyətlisini alırlar.

Qəmər Əliyeva

Qadınların kişilərdən üstün olduğu sahələr hansıdır?
Qadınların kişilərdən üstün olduğu sahələr hansıdır?