» » Abdullah Gülün oğlunun toyu oldu (FOTO, VİDEO)

Abdullah Gülün oğlunun toyu oldu (FOTO, VİDEO)

Abdullah Gülün oğlunun toyu oldu (FOTO, VİDEO)

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün oğlu Əhməd Münir Gülün toyu oldu. Ucarliyiq.biz xəbər verir ki, “Hacettepe” universiteti Tibb fakultəsinin son kursunda təhsil alan Əhməd Münir Gül və Ayşə Zəhra Karadere cütlüyünün toyunda 500-ə yaxın qonaq olub. Cütlüyün nigahında bəyin şahidləri prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və parlamentin spikeri İsmət Yılmaz, gəlinin şahidi isə dayısı Məhərrəm Ceylan oldu.
Abdullah Gülün oğlunun toyu oldu (FOTO, VİDEO)

Toyda çıxış edən bəyin atası Abdullah Gül məclisdə iştirak edən qonaqlara təşəkkürünü bildirib. Həmçinin qonaqlardan toya gül və əklil göndərməmələri, bunun yerinə Kayseridəki “Abdullah Gül” universitetinin yeni korpusunun ağaclandırılmasına dəstək vermələri xahiş olunub.
Abdullah Gülün oğlunun toyu oldu (FOTO, VİDEO)

Qurani Kərim qiraəti ilə başlayan toy məclisi cütlüyün nigah mərasimi ilə başa çatıb. Mərasimin sonunda qonaqlara nigah şəkəri əvəzinə İslam peyğəmbəri Həzrəti Muhammədin (əs) simasının anladıldığı “Hilyəyi Şərif” paylanıb.
Abdullah Gülün oğlunun toyu oldu (FOTO, VİDEO)

Mənbə: Ans</span