» » 49 yaşlı qadın yaddaşının gücü ilə dünyanı şoka saldı - VİDEO

49 yaşlı qadın yaddaşının gücü ilə dünyanı şoka saldı - VİDEO

49 yaşlı qadın yaddaşının gücü ilə dünyanı şoka saldı - VİDEO

Amerika Birləşmiş Ştatlarında bir qadın öz fitri-istedadı ilə hər kəsi şoka salıb.

Nyu –York şəhərində yaşayan 49 yaşlı Jill Prace həyatının istənilən günündə baş verən bütün hadisələri, hətta ən kiçik xırdalıqları belə anba-an xatırlayır.

Heç bir şeyi unutmayan bu qadının qeyri-adi yaddaşı alimləri də şoka salıb. Həkimlər Jill Prace-nin ona ünvanlanmış suallara verdiyi cavabları eşidəndə təəccüblərini gizlədə bilməyib. O, müxtəlif illərin ayrı-ayrı aylarının istənilən günlərinin, həftənin neçənci gününə təsadüf etdiyini, həmin günlər havanın temperaturunun neçə dərəcə təşkil etdiyini, hətta soruşulan günlərdə ölkədə hansı hadisələrin baş verdiyini dərhal cavablandırır.

Qeyd edək ki, Jill Prace haqqında "Heç nəyi unutmayan qadın" adlı kitab işıq üzü görüb.Yaxın günlərdə bu qeyri-adı yaddaşa malik insan haqqında film də ərsəyə gələcək.