» » Dünyanın ən qədim tapıntılarından biri - Foto

Dünyanın ən qədim tapıntılarından biri - Foto

Dünyanın ən qədim tapıntılarından biri - Foto

İspaniyada 4 min il əvvəl düzəldilən keramika əşyaları qazıntılar zamanı aşkar edilib.
Ucarliyiq.biz xəbər verir ki, qədim keramika əşyaları Alava əyalətinin Labastida bələdiyyəsində arxeoloji qazıntıların gedişatında tapılıb.
Qrup rəhbərinin Xuan Antonio Kirosanın sözlərinə görə, qazıntılar Torrentexo yerində aparılıb. Həmin yerdə üzüm plantasiyalarından başqa yalnız bir kiçik kilsə yerləşirdi.
Arxeoloqlar hesab edirlər ki, tapıntı Ebro çayının yaxınlığında ilk məskunlaşma vaxtlarına aiddir. Həmçinin tədqiqatçılar Torrentexoda qədim türbə tapıblar. Alimlər bildiriblər ki, həmin türbə orta əsirlərdə insanlar üçün qəbirstanlıq kimi xidmət edib.
Dünyanın ən qədim tapıntılarından biri - Foto

Alava əhalətində keramika əşyası
Yeni bir kəşf XI əsrə aid olan böyük bir binanın qalıqları idi. Kiros qeyd edib ki, bu bina haqda nəsə fərziyyə eləmək tezdi, amma həmin ev aristokratik ailiyə aid ola bilərdi.
Arxeoloqların fikrincə, Torrentexo kiçik orta əsr qəsəbələrinin formalaşmasının öyrənilməsi üçün çox əhəmiyyətli rayondur, həmçinin kənd sakinləri üçün daha yaxın inzibatı mərkəzlərə köçməyə bir cəhdir. Torrentexo Alava əhalətının ən qədim qəsəbələrindən biridir. Ilk dəfə bu məskələnmiş yer 1075-ci illərə aid olan salnamədə qeyd olunub.
Həmin vaxt Navarra kralı IV Sanço kəndinin yarısını və kilsəni San-Milyan de Kogolya monastırına bağışlayıb.

Mənbə: Ans</span