» » Bu oğlan elə bir şey yeyir ki, dünya şokdadır - VİDEO

Bu oğlan elə bir şey yeyir ki, dünya şokdadır - VİDEO

Bu oğlan elə bir şey yeyir ki, dünya şokdadır - VİDEO

Amerika Birləşmiş Ştatlarında 29 yaşlı gənc oğlan qəribə qida rasionu ilə bütün dünyanı şoka salıb.

Belə ki, Josh adlı bu şəxs gün ərzində bir neçə dəfə şüşə yeməsə dayana bilmir.

Josh şüşə yeməyə 5 yaşından başladığını, elə o gündən həmin daddan imtina edə bilmədiyini deyir. İlk günlər ailəsi onun bu aludəçiliyindən narahat olub vərdişinin qarşısını almağa çalışsalar da, o gizli şəkildə şüşə yeməyinə davam edib. Joshun dərdinə dərman tapmaqda çətinlik çəkən həkimlər onun mədəsinin bu şüşələrə necə dözdüyünü də başa düşə bilmirlər. Onların fikrincə, gənc oğlanın mədəsi normal insan mədəsindən bir neçə dəfə qalındır.

Qeyd edək ki, müxtəlif yarışmalara qatılan 29 yaşlı Josh bacarığı ilə çox sayda mükafat əldə etməyi bacarıb.