» » İstanbulda tragikomik dönər ziyafəti

İstanbulda tragikomik dönər ziyafəti

İstanbulda tragikomik dönər ziyafəti

Ötən gün Türkiyənin İstanbul şəhərində qeyri-adi ziyafət baş tutub. Ucarliyiq.biz xəbər verir ki, şəhərin mərkəzindəki Taksim meydanında naməlum bir qadın suriyalı dilənçi uşaqlar üçün dönər və ayran sifariş verib. Üstündə türk pulu olmadığını deyən qadın dönərlərin uşaqlara paylanmasını tapşırıb və cibindəki avronu valyutadəyişmə məntəqəsində xırdalayaraq dönərçinin pulunu verəcəyini bildirib. Ümumi olaraq 35 dönər və ayran suriyalı uşaqlara paylansa da pul xırdalamaq üçün gedən qadın qayıtmayıb.
Dönərçi Cengiz Aydoğan 10 ədəd ət, 25 ədəd toyuq olmaqla 35 dönər payladığını, bunların qiymətinin 275 lirə (təxminən 98 manat) tutduğunu deyib.
İstanbulda tragikomik dönər ziyafəti

Dönərə qonaq edilən suriyalı dilənçi uşaqlar

Mənbə: Ans</span