» » Şok! Şeytan çıxarmaq üçün əvvəl qızı kütləvi zorladılar...

Şok! Şeytan çıxarmaq üçün əvvəl qızı kütləvi zorladılar...

Şok! Şeytan çıxarmaq üçün əvvəl qızı kütləvi zorladılar...

Şeytan çıxarmaq adıyla 16 yaşlı qızı əvvəl kütləvi şəkildə zorladılar, sonra öz bacısı bıçaqla qurbanın gözlərini çıxardı. Ucarliyiq.biz xəbər verir ki, dəhşətli hadisə Argentinanın Çako əyalətində baş verib.
İngiltərədə nəşr olunan “Mirror” qəzetinin xəbərinə görə, General Pinedo kəndinin sakini olan ailə 16 yaşlı qızlarının şeytan tərəfindən ələ keçirildiyini düşündükləri üçün şeytanı qovmağa qərar veriblər. Şeytan çıxarma ayini yeniyetmə qızın kütləvi zorlanması ilə başlayıb. Daha sonra qızın gözləri bacısı tərəfindən bıçaqla çıxarılıb. Qurbanın gözlərini çıxaran 22 yaşlı bacı, o nə qədər çox əziyyət çəkərsə şeytanın bir o qədər tez çıxacağını hesab etdiyini bildirib. O həmçinin bu məlumatı kəndin dini mərkəzindən aldığını, göz çıxarmaq üçün bıçağı da onların verdiyini deyib.
Hazırda yerli polis dəhşətli ayində iştirak edənləri axtarır. Polis komassarı Pablo Almiron 22 illik məslək həyatında ilk dəfə belə dəhşətli hadisə ilə qarşılaşdığını deyib. Faktla bağlı araşdırmalar davam edir.
Bu ilin iyun ayında Moldovadakı kilsələrdən birində bu cür şeytan çıxarma ayini baş vermiş, kilsə xadimi olan keşiş qurbanının belinə minərək onun bədənində olan şeytanı qovduğunu iddia etmişdi.
Ötən il isə ABŞ-ın Merilend ştatında belə bir dəhşətli hadisə baş vermişdi. Bu zaman 28 yaşlı Zakeya Letris Eyveri 1, 2, 5 və 8 yaşlı dörd övladının vücudlarına "cinlərin yerləşdiyi"ni düşünürdü. O, ekzorsizm, yəni "cin çıxarma" ayini keçirmək qərarına gəlib. Bu "ayin" zamanı 1 yaşlı Norel Harris və onun 2 yaşlı bacısı Zyana Harris aldıqları bıçaq zərbələri nəticəsində həlak olublar.

Mənbə: Ans</span