» » Sevgilisinə görə elə bir yalana əl atdı ki... - VİDEO

Sevgilisinə görə elə bir yalana əl atdı ki... - VİDEO

Sevgilisinə görə elə bir yalana əl atdı ki... - VİDEO

Eşqin gözü kordu deyiblər. Sevən adamın gözü heç nəyi görmür. Türkiyədə bir gəncin atdığı addım bu deyimin doğru olduğunu yenidən sübut edib. Adı açıqlanmayan gənc oğlan xəstəxanada tibb bacısı olan sevdiyi qıza yaxın ola bilmək üçün düşünüb daşınıb və plan qurub. Saxta sənədlərlə özünü təcrübəçi tələbə kimi təqdim edən gənc uzun müddət heç kimin xəbəri olmadan xəstəxanaya gedib-gəlib, hətta gələn xəstələrə iynə vurub, ürək masajı belə edib. Bir müddət sonra özünü şübhəli aparması yalanın ortya çıxması ilə nəticələnib. Yaxalanan gənc, sadəcə xəstəxanadan uzaqlaşdırılmayıb, həm də polis nəzarətinə götürülüb.