» » Bir qadını özünə necə cəlb edə bilərsiniz? - Kişilər oxusun!

Bir qadını özünə necə cəlb edə bilərsiniz? - Kişilər oxusun!

Bir qadını özünə necə cəlb edə bilərsiniz? - Kişilər oxusun!

Bir qadınla tanış olmaq istedad tələb edir. Doğru addım atsanız, həyatınızın qadını ilə tanış ola bilərsiniz. Tanış olduğunuz qadını da özünüzə cəlb edə bilərsiniz.

Birinci addım: Hazırlaş!

Bəzi kişilər dəbdən anlamaya bilərlər, amma qadınlar anlayır! Sizin aktual və müasir görünüşünüz qadınlar üçün vacibdir. Amma bundan daha da vacibi özünüzə yaraşanı geyinməyinizdir. Çünki bu geyimdə siz daha cəlbedici görsənəcəksiniz.

Ən əsası isə ətirdir. Bu ətir məsələsi qadınların önəm verdiyi vacib məsələlərdən biridir. Kişinin ətir vurmasını xoşlayırlar, amma yerində və qədərində. Çox ətir vurduqda, qoxusu da pis olur. Heç vaxt çox ətir vurmayın. Təraş etdikdən sonra biraz vurmağınız bəs edər.

İkinci addım: Hədəfə al!

Özünüzə diqqət göstərin. Özünüzə inanın, amma çox da özünüzdən müştəbeh olmayın. Çünki qadınlar belə kişiləri də xoşlamır. Özlərini bəyənib, "mən yaraşıqlıyam, hamı mənimlə tanış olmaq istəyir" deyən kişiləri qadınlar həzm edə bilmir. Hətta qıcıq olur, deyə bilərik. Özünüzə uyğun qızlara yaxınlaşın.

Üçüncü addım: Enerji almaq

Enerji tanışlıqda çox vacibdir. Çünki ilk baxışdan arada cəlbetmə olmalıdır ki, sonradan tanışlıq alınsın. Məsələn, bir kafedə və ya restoranda oturmusunuz və bir xanımdan xoşunuz gəlir. İlk qanun budur: Öz verdiyiniz sifarişi gözlədiyiniz vaxt ona yaxınlaşın və deyin: "Bunu sizə mən sifariş edə bilərəmmi?".

Əgər gülümsəyirsə, demək onunla tanışlığınız alınar. Yox əgər, qaş-qabaq tökürsə, o xanımla tanışlıq barədə fikirləşməyin.

Qaça bilməyəcəkləri yerlərdə söhbət etsəniz, bəzən müsbət nəticələrlə qarşılaşarsınız. Məsələn, bu söhbət kinoya bilət almaq üçün sıra gözləyəndə, avtobus dayanacağında və ya kafedən çıxanda qapının ağzında ola bilər. Siz ona maraqlı gəlsəniz, dönüb baxacaqlar. Baxırlarsa, onların da sizdən xoşu gəlib, deməkdir. Heç bir dəfə də olsun dönüb baxmırlarsa, yaxınlaşmasanız yaxşıdır.

Ən mühahisə olunan mövzulardan biri! Qadınların demək olar ki, çox hissəsi rəqs etməyi sevir. Rəqsi sevdikləri üçün də siz onları gözəl bir rəqs edərək özünüzə cəlb edə bilərsiniz. Rəqsiniz gözəl olsa, o sizə mütləq baxacaq. Çünki hər bir qadın rəqsi ilə onu valeh edəcək kişi ilə tanış olar.

Tanış olduqdan sonra söhbətinizə diqqət yetirin. Həyəcanlanmayın! Əgər sizin söhbətiniz maraqsız olsa, qarşınızdakı qadın darıxdırıcı olduğunuzu fikirləşib, bir addım geri çəkiləcək. Qadınlardan heç vaxt nömrə istəməyin. Qeyri-ciddi görünür bu hərəkət. Onun yerinə öz nömrənizi verə bilərsiniz. Bu nömrə vizit kartda olsa, daha təsiredici olar.