» » Havada asılı qalan adam həyatda qalmaq üçün can verdi - VİDEO

Havada asılı qalan adam həyatda qalmaq üçün can verdi - VİDEO

Havada asılı qalan adam həyatda qalmaq üçün can verdi - VİDEO

Reklam lövhəsi asmaq üçün binanın damına dırmaşan işçi gözləmədiyi anda ölümlə üzləşdi.

Kəndirin qırılması nəticəsində dəmir konstruksiya ilə birgə yerə yıxılan işçinin bəxti son anda gətirib. Havada metaldan asılı qalan çinlinin köməyinə yanğınsöndürənlər çatıb.

Hər saniyə ölümlə mübarizə aparsa da, hadisədə tələfat qeydə alınmayıb. Əraziyə gələn xilasedicilər yüksək hündürlükdə dəmirə ilişib qalan işçini xilas edə bilib. Olayda heç bir xəsarət almadığı bildirilən çinli, uzun müddət hadisənin şokundan çıxa bilməyib.

Çin mediasının məlumatına görə hadisə yerində iki nəfər olub. Kəndir qırılandan sonra işçilərdən biri yüksək hündürlükdən yerə düşərək ağır xəsarətlər alıb. Xəstəxanaya çatdılan həmin işçinin həyati təhlükəsinin qalmadığı açıqlanıb. O ki qaldı, havada asılı qalan çinliyə, onun bir müddət psixo-terapiya alacağı bildirilir.