» » Bəzi insanlar balıq tutaraq dincəlir - Video

Bəzi insanlar balıq tutaraq dincəlir - Video

Bəzi insanlar balıq tutaraq dincəlir - Video

Dəniz və çay hövzələrinə yaxın ərazilərdə məskunlaşan əhalinin məşğuliyyətlərindən biri də balıqçılıq olub. Bu mənada Lənkəranda peşəkar balıqçılarla yanaşı, həvəskar balıqçılar da az deyil. Onlar üçün balıqçılıq peşə yox, hobbi, öz dillərilə desək, istirahətin bir növüdür.
ANS TV-nin məlumatına görə, coğrafi mövqeyinə görə su hövzələrinin bol olduğu, dəniz sahilində yerləşən Lənkəranda balıqçılığa tarixən həvəs olub. Əhalinin dəniz və çay sahilində məskunlaşan hissəsi ta qədimlərdən dolanışığını balıq ovundan çıxarıb. Rayonda bu günün özündə də peşəkar balıqçılar kifayət qədərdir, elə həvəskarlar da.
Elə ki, günün batır Lənkəran çayının hər iki sahili həvəskar balıqçılarla dolur. Kimi gündəlik balıq payı üçün gəlir, kimi də günün yorğunluğunu, stressini atmaq üçün. İnsanların hamısını balıq tutmağa olan həvəs birləşdirir. Özləri də etiraf edirlər ki, qarmaqlarına balıq düşəcək ya yox, fərq eləmir. Əsas budur ki, çayla təmas onları ruhən sakitləşdirir, daxili enerjilərini bərpa edir.
“Mən Moskvada yaşamışam, orda da balığa getmişəm. Balıq tutmağa həvəsim var. Ən böyük istirahət elə bu balıq ovudur. Əfsuslar olsun bizdə balıq bir az azdır, amma oralarda balıq çoxdur”, – deyə həvəskar balıqçı Hidayət Dadaşov bildirib.
Çay və dənizlərdə balığın azalmasının səbəbini isə həvəskarlar peşəkarların hərisliyində görürlər. Dənizin, çayın hər yerinə atılan torlar balıqların kürü tökməsinə əngəl olur.
“Balığın azalması o səbəbdəndir ki, çoxlu tor qurublar. İstər dənizdə, istərsə də çayda. İndi çəki çıxır, çəkinin balasında belə bir xasiyyət var, tora ağzı dəyən kimi qayıdır dənizə tərəf, yaxın gəlmir. Ona görə də çayda balıq azalıb”, – deyə həvəskar balıqçı Pirəli Bədəlov qeyd edib.
“Heç kürü də buraxmırlar. Dənizin yarısı demək olar tordur. Balıq üçün açıqılıq yer olsun ki, gedib kürü qoysun. Elə girən kimi hamısı torun içinə girir”, – deyə həvəskar balıqçı Ramal Kərimov söyləyib.
Balıq ovunda əsas amillərdən biri səbrdir. Səbirli olanların kisəsi isə heç vaxt boş qalmır. Gec-tez qarmaqlarına balıq düşür. Bunun sevinci isə heç nə ilə ölçüyə gəlməz.

Mənbə: Ans</span