Novruz fallari.

Novruz fallari.


Novruz bayramında hər evdə səməni cücərdilməlidi. Və cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə niyyətin çin olacaq deməkdir.

Bayram günü və ya axır çərşənbədə müəyyən bir evə tərəf üz tutub getmək lazımdır. Amma əllərlə qulaqlar bağlı olmalıdı. Və yaxınlaşdıqda evə əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.

Axır çərsənbədə qaba 1 yumurta, 1 qırmızı, 1 qara karandaş qoyulur. Səhər baxdıqda yumurtanın uzərində qırmızı cızıqlar olsa xoşbəxtlik, qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir. Bu isə maksimum 4il üçündür.

Axır çərşənbədə və ya bayramda 1 qaba su tökülür və şam götürüb yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa o qədər damcıladırsan suya. Alınacaq hərflə nişanlının adı başlamalıdı.

Axır çərşənbədə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.

Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.

Bayram günü ürəyində 1 arzu tutub səhərə qədər yatmırsan. Və ürəyində tutduğun arzu 5 ildən sonra gerçəkləşməlidir.

Bayram günü göy üzündə 7 ulduz saymaq və onların düzülüşünə baxmaq lazımdır. Göydə yaranan xəyali hərflə nişanlının adı başlamalıdır.

Yaxın adamın məclisindən bir neçə şirni götürüb, yatanda başının altına qoyursan. Üç gün keçəndən sonra öz qismətini yuxuda görəcəksən.

Axır çərşənbədə alma yeyirlər, gece isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.

Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə defe duyun vurub qiza verirler ki, açsın. Qız aca bilsə, deməli, oğlan onu çox istəyir.Əgər aça bilməsə, deməli, əksinə.

Bu fala da ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.

Ureyinde bir niyyet tutursan ve namelum sayda copleri duzub, “xeyir”, “ser” deyib sayirsan. eger axirinci cop “xeyir” olarsa, meqsedine catacaqsan. “Ser” olarsa, ureyinde tutdugun arzuya nail ola bilmeyeceksen.
2 . 5
2

Müəllif

ZULKA

Oxunub

1643

Tarix

14-03-2013, 12:36

Rəylər

4

Hörmətli oxucu əziyyətimizə hörmət olaraq rəyinizi yazın buna tənbəllik etməyin!!!

 

 
 

Oxşar xəbərlər:

 

mine | 4 mart 2014 00:09

mence bunlarin hamisi xurafedir eger bir sey olacaqsa o ele olacaq menim size bir dost kimi meslehet edirem ki bunlara inanmayin sadece ALLAHA inanin canlarim angel_mini  kiss_mini ok_mini new_russian_mini drink_mini envelope rose_mini rose_mini rose_mini

Cavab yaz

ZULKA | 14 mart 2013 13:24

Suyun içərisinə nişan üzüyünü sallayıb sayı qədər yaşında ailə qurmağı etmişəm,düz çıxıb.

Cavab yaz

S_P_S | 14 mart 2013 12:50

fala inanma falsiz qalma amma inanki hecc etmemiwem

Cavab yaz

NAQILLAR | 14 mart 2013 12:44

cox saqol falci nene

Cavab yaz

Rəylərinizi bildirin

Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler