» » Sabah Azərbaycanda ilk dəfə keçiriləcək festivala start verilir - Video

Sabah Azərbaycanda ilk dəfə keçiriləcək festivala start verilir - Video

Sabah Azərbaycanda ilk dəfə keçiriləcək festivala start verilir - Video

Sabah Şəkidə “Nağara 2015” Beynəlxalq Zərb Alətləri Festivalına start veriləcək. Bu gün isə festivalda iştirak edəcək nağaraçılar qədim şəhər boyu yürüş ediblər.
Ölkəmizin qədim mədəniyyət mərkəzi və artıq festivallar şəhərinə çevrilən Şəkidə Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə olaraq reallaşacaq “Nağara 2015” Beynəlxalq Zərb Alətləri Festivalının son hazırlıq işləri görülür.
Sabah təntənəli açılış mərasimilə start götürəcək bu möhtəşəm tədbirə Azərbaycanla yanaşı Türkiyə, İran və Özbəkistandan məşhur ritm ifaçıları qatılacaq.
100-ə yaxın azərbaycanlı nağaraçı isə bu gün Şəkinin əsas küçələri boyunca 4 km məsafədə yürüş keçirdi.
“Bu festival ilk dəfə keçirildiyi üçün həyacan var. Çünki, Azərbaycanın tarixində belə bir festival keçirilməyib. Biz çalışacayıq ki, festival yüksək bir şəkildə baş tutsunvə festival hər ilk keçirilsin”, – deyə “Natiq ritm” qrupunun rəhbəri Natiq Şirinov bildirib.
Şəki sakinləri və qonaqlar da ilk dəfə reallaşacaq festivalı maraqla gözləyir.
Şəki sakini Pərviz İsmayılov Şəkidə bu cür festivalların ardıcıl olaraq keçirilməsini alqışlayır.
“Nağara 2015” Beynəlxalq Zərb Alətləri Festivalı 4 gün davam edəcək.

Mənbə: Ans</span