» » Qızlar niyə kişi rəqsinə meyl edirlər? - VİDEO

Qızlar niyə kişi rəqsinə meyl edirlər? - VİDEO

Qızlar niyə kişi rəqsinə meyl edirlər? - VİDEO

İndi qızların şıdırğı rəqslərini el şənliklərində və müxtəlif tədbirlərdə görmək adi hal alıb.

Bəylərdən heç də geri də qalmayan xanımlar, ritmik hərəkətləri ilə hətta zərb aləti ifaçılarının nəfəsini belə kəsməyi bacarır.

Azərbaycanda milli rəqsin təməlini qoyanlardan biri, neçə-neçə tələbələr yetişdirən, dünyanın 123 ölkəsində milli rəqsimizi təbliğ edən 90 yaşlı qocaman rəqqas Böyükağa Məmmədov, qızların kişi rəqsinə meyilini yaxın keçmişə aid edir. O, bu tip meyillənmələrin əvvəllər də olduğunu, amma kütləvi hal almadığını deyir. Necə deyərlər- "dama -dama göl olub...

Dərnəklərdə isə mənzərə tamam başqadır. Məsələn, 10 ildi ki, rəqslə məşğul olan və bildiklərini gənclərə öyrədən Mətanət Kərimova, təlabatın daha çox kişi rəqslərinə olduğunu etiraf edir.

Sən demə, kişi rəqsinə meyilli qızların bu həvəsi, heç onların ailələrində də birmənalı qarşılanmır.

Bax bu yerdə qocaman rəqqas deyir ki, özünüzü dağa-daşa salmayın- HAMISI ZƏMANƏDƏNDİR...

Bəs görəsən paytaxt sakinləri necə, qocaman rəqqasın fikrini bölüşür ya yox?

Bəziləri belə hesab edir ki, qadınların kobud kişi elementlərinə meyli, onların zərif vücuduna xələl gətirir. Olsun, əsas odur ki, qadın kişi xarakterinə köklənir. Vay o günə ki, hər şey tərsinə olur…