» » Qolsuz adamın möhtəşəm əsərləri - VİDEO

Qolsuz adamın möhtəşəm əsərləri - VİDEO

Qolsuz adamın möhtəşəm əsərləri - VİDEO

Həyat qollarını yanına alsa da, heç bir çətinlik onun rəsm sevgisinə qalib gələ bilmədi. Türkiyədə yaşayan 28 yaşlı Yusuf Akgün çəkdiyi rəsmlərlə fiziki qüsurun heç nəyə əngəl olmadığını hər kəsə sübut etməyi bacarır.

Yusuf Akgün doğularkən heç bir problemi olmayıb. Lakin 6 yaşında keçirdiyi qəza nəticəsində qollarını itirib. Böyüdükcə ətrafdakı insanların ona qəribə baxışlarını görən Yusuf, günlərlə depresiyyada olub. Lakin bir müddət sonra özünə maraqlı məşğuliyyət tapıb və ağzı ilə müxtəlif rəsm əsərləri çəkməyə başlayıb. İlk günlər çətinlik çəksə də, indi çəkdiyi rəsm əsərləri peşəkar rəssamları da məəttəl qoyur.Lakin Yusuf Akgün bugün yalnız rəssamlıqla məşğul olmur, bir çox idman sahələrində də bacarığını nümayiş etdirib,müvəfəqiyyət qazanıb.

Fırçanı dişləri arasında sıxaraq çəkdiyi əsərlərin sayını artıran Yusuf Akgün, vaxtaşırı sərgi də təşkil edir.