» » Almanların axtardığı azərbaycanlıdan yeni möhtəşəm iş - Foto

Almanların axtardığı azərbaycanlıdan yeni möhtəşəm iş - Foto

Almanların axtardığı azərbaycanlıdan yeni möhtəşəm iş - Foto

Azərbaycanlı gənc Ramil Nəcəfov yeni dizaynda olan avtomobil eskizlərini hazırlayıb.
Ucarliyiq.biz xəbər verir ki, 23 yaşlı R.Nəcəfov Türkiyənin Süleyman Dəmirəl universitetində dizayn üzrə təhsil alıb. Dizaynerin yaratdığı avtomobil modelinin markası Azerant adlanır.
Almanların axtardığı azərbaycanlıdan yeni möhtəşəm iş - Foto

Analoqu olmayan vtomobilin loqosu
Avtomobilin maksimal surəti saatda 300 kmh muhərriki isə 500 hp at gucune hesablanıb. Model 3d max proqramında yığılıb.
Almanların axtardığı azərbaycanlıdan yeni möhtəşəm iş - Foto

Yeni avtomobil modeli
Dizayner deyir ki, bu modelı sırf azərbaycanuçun yaradıb.
Bu modelin yaradılmasında əsas məqsəd gələcəkdə dünyada məşhur Formula 1 yarışlarında tanıtmaqdır. Ramil onu da əlavə edib ki, dunyanın heç bir ölkəsində bu markada model və dizayn yoxdur. O bu modelin sayəsində gələcəkdə Formula 1 yarışlarında Azərbaycanı tanıdacağını da əlavə edib. Modelin dizaynında Ramil Nəcəfov bayrağımızın rənglərindən istifadə etməklə bunun Azərbaycanın nəaliyyəti olmağına işarə verib.
Ramin Nəcəfov yaratdığı avtomobil modelinin eskizlərini gənclər və idman naziri Azad Rəhimova təqdim edib. Nəcəfovun dediyinə görə, onun layihəsi çox bəyənilib. Sentyabr ayında isə Ramil Nəcəfov Azad Rəhimovun qəbuluna yazılacaq. Ramil onu da əlavə edib ki, avtomobilin eskizləri tam hazırdır, vəsait ayrılarsa bu model istehsal oluna bilər.
Bir müddət bundan öncə isə Ramil Nəcəfov BMW üçün yeni avtomobil dizaynı hazırlayıb. Şirkət nümayəndələri gəncin eskizlərini diqqətlə araşdırmaq üçün ondakı faktları yenidən və daha ətraflı şəkildə göndərməsini istəyib: "Bizə dəstək olmağınız üçün çatışmayan məlumatları göndərməyinizi xahiş edirik. Siz mütamadi olaraq telefon vasitəsiylə də faktları bizə çatdıra bilərsiniz. Əgər bu sizin üçün də uyğundursa, gün ərzində rahatlıqla əlaqə saxlaya biləcəyimiz əlaqə nömrənizi qeyd edin".
Almanların axtardığı azərbaycanlıdan yeni möhtəşəm iş - Foto

Ramilin bundan öncə dizaynetdiyi avtomobil modeli
"Volkswagen", "Audi", "Ford" kimi avtomobil şirkətlərinə də eskizlərini göndərən Ramilin işlərinə biganə qalmayıblar.

Mənbə: Ans</span