» » Bir bu qalmışdı bu da oldu. Avtomobili ilə eşq yaşayan oğlan - VİDEO

Bir bu qalmışdı bu da oldu. Avtomobili ilə eşq yaşayan oğlan - VİDEO

Bir bu qalmışdı bu da oldu. Avtomobili ilə eşq yaşayan oğlan - VİDEO

Avtomobillə eşq yaşayır. Amerika Birləşmiş Ştatlarında yaşayan Nathaniel adlı gənc, sevgisi ilə görən və eşidən hər kəsin təəccübünə səbəb olur.

29 yaşlı Nathaniel 6 il əvvəl özünə avtomobil alır. Elə o gündən Chase adı verdiyi avtomobilinə sadəcə bağlanmır, ona dəlilər kimi aşiq olur. Hər gün "sevgilisi"nin görüşünə gələn gənc, bəzən onunla birlikdə yemək yeyir, nə qədər qəribə olsa da dərdini və sirrini cansız əşya ilə bölüşür.Maşınını çox sevdiyini deyən Nathaniel hətta avtomobili aldığı günü tanışlıq ildönümü kimi qeyd edərək, həmin gün maşınına müxtəlif hədiyyələr almağı da yaddan çıxarmır.

Nathaniel-in avtomobil sevgisinin xəstəlik həddinə çatdığını görən valideynləri və yaxınları, onu bir neçə dəfə psixoloq yanına aparsalar da heç bir nəticəsi olmayıb.İki aşiqi bir-birindən ayırmağa heç kimin gücü çatmayıb.