» » Yataq pozasına görə xasiyyətinizi təyin edin

Yataq pozasına görə xasiyyətinizi təyin edin

Yataq pozasına görə xasiyyətinizi təyin edin

1. Çarpayıda uzanıb dizinizi nəyəsə dirəmək istəyirsiniz? Bu o deməkdir ki, sizin əhval-ruhiyyəniz sabitdir, kəskin şəkildə dəyişməyə meylli deyilsiniz və sizə etibar etmək olar. Siz həmişə öz dostlarınızın diqqət mərkəzində olursunuz. Gələcəyə əminliklə baxa bilirsiniz. Sizi incitmək üçün çox çalışmaq lazımdır. Özü də bu inciklik çox davam edən deyil. Siz hətta ən uzun tunelin sonundakı işığı görürsünüz və istənilən dəyişikliyə asan uyğunlaşırsınız.

2. Bu rüşeym pozası sizi müdafiəyə və başa düşülməyə ehtiyacı olan biri kimi xarakterizə edir. Siz bəzən həyatın ən adi emosional anında belə göz yaşlarınızı saxlaya bilmirsiniz. Belə poza göstərir ki, siz problemlərdən qaçmağa, yorğanın altında gizlənməyə çalışırsınız. Psixoloqlar belə insanlara həyatının yaradıcı sahəsində daha aktiv olmağı məsləhət görürlər.

3. "Dəniz ulduzu" pozası. Liderlər belə yatır. Belə yatan adam çarpayının böyük bir hissəsini tutmuş olur. Çarpayıda ikinci şəxs varsa, məcburən kənara qısılmış olur. Planlaşdırılmış həyat yaşayırsınız. Həyatınızda heç bir gözlənilməzlik baş vermir. Həyatınız hər sahəsində nizam var. Belə insanların daim müvəffəqiyyət qazandığını xatırlatmağa ehtiyac yoxdur.

4. Deyirlər ki, arxası üstə hökmdarlar və mömin insanlar yatır. Buna görə də sizi təbrik edə bilərik. Sizin həyatınız şən anlardan ibarətdir. Siz tərs insansınız, həmişə qarşınıza qoyduğunuz məqsədə çatırsınız. İstər-istəməz istənilən çevrədə birincisiniz. Adətən bu pozada kişilər yatır, amma bəzi qadınlar üçün də istisna deyil.

5. "Farağat" pozası. Əgər siz bu formada yatmağa üstünlük verirsinizsə, onda sizi aydın məqsədi olan və tarazlaşdırılmış insan kimi xarakterizə etmək olar. Həmçinin qeyd etmək lazımdır ki, belə poza ciddi və pedantik insanlar üçün tipikdir.

6. Sizin əhval-ruhiyyəniz tez-tez dəyişir, siz macəraları sevirsiniz və ümumiyyətlə, olduqca gözlənilməz insansınız. Siz seçim qarşısında xeyli tərəddüd keçirirsiniz. Bütün bunlara baxmayaraq şüuraltı sabitliyə və sakit həyata can atırsınız.

ailəm.az-a istinadən