» » Bu da oldu - Havadan kərpic kəsdi - VİDEO

Bu da oldu - Havadan kərpic kəsdi - VİDEO

Bu da oldu - Havadan kərpic kəsdi - VİDEO

Çində bir gənc havadan kərpic düzəldib. Hər kəsi heyrətləndirən ixtiraçı, heç də inşaatda inqilab etmək niyyətində deyil.Sadəcə onun məqsədi insanları potensial təhlükədən qorumaqdır.

34 yaşlı Vanq Renzenq havadan kərpic düzəltmək üçün, əlində tozsoranla bütün günü küçələrdə gəzir. İnsanlar əvvəl onun sanitariya işçisi olduğunu düşünsə də, tezliklə yanıldıqlarını anlayıblar. Son vaxtlar çində havalar elə çirklənib ki, insanlar nəfəs almaqda çətinlik çəkir. Vanq Renzenq məhz havadakı tozu toplayaraq onlardan kərpic hazırlayıb. Balaca bir kərpic ölkədə durumun nə qədər acınacaqlı olduğunu açıq-aydın əks etdirir.

Vanq Renzenq bildirib ki, havadan hazırladığı bu kərpici heç də ömrünün sonuna kimi saxlamaq niyyətində deyil. Yerli inşaat firmalarından birinə verilən kərpic, binaların tikintisində istifadə olunacaq və milyonlarla kərpiz arasında itib-batacaq. Vanq Renzenq bu kərpiclə sadəcə əlaqədar qurumların diqqətini çirklənmə ilə bağlı təhlükəyə çəkməyə çalışdığını, istədiyinə də nail olduğunu vurğulayıb.