» » Günün qoroskopu: görüş baş tutmaya bilər

Günün qoroskopu: görüş baş tutmaya bilər

Günün qoroskopu: görüş baş tutmaya bilər

Qoç - çətinliklər sizi qorxutmayacaq, əksinə həvəs verəcək və qeyri-standart qərarlar verməyə vadar edəcək. Buna baxmayaraq, gün sakitlik və sabitliyə üstünlük verənlərin ürəyincə olmaya bilər.
Hansısa məqsədinə çatmaq üçün istifadə edə biləcəyiniz uğurlu təsadüflər ehtimalı var. Komfortlu emosional fon yaxşı ovqat bəxş edəcək, özünüzü yaxşı hiss edəcəksiniz. Gün hərəkətlərinizin təhlili, psixoloqa müraciət və ya mənəvi rəhbərinizi ziyarət üçün münasibdir.

Buğa - çox işləmək lazım gələcək. Üstəlik, tək özünüzün yox, həm də başqalarının problemlərini həll etməli olacaqsınız. Rəhbərlik çoxsaylı tapşırıqlar verəcək. Bu tapşırıqları layiqincə yerinə yetirmək ürəyinizdən keçsə də, tələsmək məcburiyyətində qalacaqsınız. Tələsiklikdə isə səhvlər qaçılmaz olur. Yüksək vəzifə tutan Balıqlar gələcək karyeralarının asılı olduğu vacib qərar qəbul etməli olacaqlar.
Günün emosional fonu sabit deyil. Digər tərəfdən, ciddi yüklənmə əsəb sisteminizə pis təsir göstərəcək. Miqren və yuxusuzluq istisna deyil.

Əkizlər - Bu gün sizin üçün kifayət qədər çətin olacaq. Sizə maraqlı və çox şey vəd edən kimi görünən işlə artıq başqası məşğul olur. Sizə qalan isə darıxdırıcı, yeknəsək və yaradıcı yanaşma tələb etməyən məşğuliyyətdir. Bu gün sizi inciklik (ya konkret kimdənsə, ya da bütövlükdə həyatdan) idarə edəcək. Dava-dalaşlara səbəb olacaq, hətta ən yaxın adamlarınıza da xoş olmayan sözlər deyəcəksiniz. Günahınızı yumaq asan olmayacaq. Bu gün yalnız bazarlıq üçün əlverişlidir. Böyük məmnuniyyət və ağılla pul xərcləyəcəksiniz. Yeni il hədiyyələri barədə düşünməyin vaxtıdır.

Xərçəng - çox uğurlu gündür. Həyat potensialınız yüksək olacaq, hətta çətin və darıxdırıcı işlə məşğul olmaq lazım gəlsə belə, yorulmayacaqsınız. Sarsılmaz nikbinliyiniz hər kəsin diqqətini cəlb edəcək. Unutmayın ki, müsbət emosiyalarınızı ətrafdakılarla bölüşdükcə, yeni emosiyalar qazanacaqsınız.
Xoş sürprizlər mümkündür. Ötən günlərdə mehribanlıqları ilə seçilməyənlər də bu gün sizi sevindirmək istəyəcəklər. İş danışıqları uğurlu keçəcək.

Şir - uğur qazanmaq üçün əsas şərt ətrafdakılarla yaxşı münasibətdir. Ona görə də həm işləməyə, həm də istirahətə tək öyrəşmiş adamlar əməkdaşlıq barədə düşünməli, asanlıqla razılışmağın, səyləri birləşdirməyin mümkün olduğu adama diqqət yetirməlidirlər. Bu zaman tam səmimiyyətə ehtiyac yoxdur. İnsanlara onların eşitmək istədiklərini söyləmək kifayətdir. Nə qədər təəccüblü olsa da, bu gün çox bəsit hiyləgərlik effektli olacaq.

Qız - bu gün üçün münasib olan məşğuliyyətlər yaradıcılıq, əl işləri, eləcə də qiraətdir. Səs-küylü məclislərdən və kübar həyatda fəal iştirakdan imtina etmək məsələhətdir. Aktiv istirahət, idmanla məşğul olmaq və fiziki iş yalnız günün birinci yarısında məqsədəuyğundur.

Tərəzi - çox yaxşı və xoş keçirə biləcəyiniz əla gündür. Çətin işdən qorxmayın. Bu gün istənilən məsələni həll etmək gücündəsiniz. Gün yaradıcı insanlar - musiqiçilər rəssam və yazıçılarla ünsiyyət üçün münasibdir. Onlardan biri sizi də şah əsər yaratmağa ruhlandıra bilər.
Sizə əziz olan insanları sevindirməyin yolunu tapacaq, yaxınlarınıza hədiyyələr və xoş sürprizlərlə sevinc bəxş edəcəksiniz. Əhəmiyyətli xərclər mümkündür. Lakin buna görə təəssüflənməyəcəksiniz.

Əqrəb - əvvəlkilərlə müqayisədə daha az uğurlu olsa da, pis gün deyil. Diqqəti ev işlərinə cəlb etmək - komfort, interyer dizaynı və s. ilə məşğul olmaq mümkündür. Elm və araşdırma fəaliyyətində isə işlər bir qədər pis olacaq. Bu sahələrdə uğurlar cüzidir.

Səhər saatlarında yaxınlarınızla mübahisələr gözlənilir. Günün ortasında isə harmoniya bərqərar olacaq. Siz tənqiddən incimir və eyhama eyhamla cavab vermirsiniz. Sülhpərvər əhval-ruhiyyənizin ətrafdakılara da sirayət etməsi üçün bir qədər vaxta ehtiyac var.

Oxatan - Uzaqgedən planlar qurmayan, şəraiti özünə yox, özünü şəraitə uyğunlaşdırmağa üstünlük verənlər üçün gün sakit və hətta xoş keçəcək. Lakin daha az çevik və müəyyən məqsədə çatmağa can atanların vəziyyəti qibtə ediləsi olmayacaq. Onların uğur şansı minimal, məyusluqları isə çox ciddi olacaq.

Oğlaq - bu gün tələsiklik tələb edən işlər alınmayacaq. O işlərlə məşğul olun ki, onları yavaş və fikrinizi bir yerə cəmləşdirərək görmək mümkün olsun. Günün birinci yarısı gəzintilər üçün əlverişlidir. Bunu tək və ya sizi ağzınızı açan kimi başa düşən yaxınınızla birlikdə də edə bilərsiniz. Axşam isə böyük məclislərə yollanmaq və əylənmək olar.
Pul barədə düşünməyə dəyər. Maliyyə məsələlərinin həlli üçün heç vaxt olmadığı qədər əlverişli gündür.

Dolça - nəhayət ki, mənfi tendensiyalar geri çəkilir, sizə sakit, hətta, xoş gündən zövq almağa imkan verir. Əlverişli məqamdan yararlanmaq və yeni işə başlamaq olar. Eləcə də, dincəlmək və gücünüzü bərpa etmək olar. Hər bir halda, vaxtınız hədər getməyəcək. Ailədə fikir ayrılıqları istisna deyil. Amma onlar müvəqqəti xarakter daşıyacaq.
Riskə getməyə, şübhəli sövdələşmələrə girməyə dəyməz. Gün ekstremal idman növləri ilə məşğul olmaq üçün də əlverişli deyil. Amma müsiqi və rəqs ovqatınızı yüksəldə, həm də həyat potensialınızın artmasına yardım edə bilər.

Balıqlar - çoxdankı planınızı reallaşdırmağınız baş tutmur. Lakin diqqətinizi cari işlərə yönəldə və onların öhdəsindən uğurla gələ biləcəksiniz. Bu gün enerjinizi dinc məcraya yönəldəcəksiniz. Bilikli insanların və təcrübəli qohumlarınızın məsləhətləri də köməyinizə çatacaq.
Günün ikinci yarısında çoxdan arzuladığınız görüşün baş tutması ehtimalı var.