» » Tatyana Navka qızının ad gününü qeyd etdi - Foto

Tatyana Navka qızının ad gününü qeyd etdi - Foto

Tatyana Navka qızının ad gününü qeyd etdi - Foto

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı Tatyana Navka qızının ad gününü yaxın ailə dairəsində Sisiliyada keçirib.
Ad günü sadə bayram süfrəsi və ənənəvi tort və şam ilə qeyd edilib. Tatyanın dediyinə görə, bütün yayı Soçidə keçirən balaca oranın dadlı meyvələrini, ən çox isə pomidor və duzlu xiyar yeməyi xoşlayır.
Tatyana Navka qızının ad gününü qeyd etdi - Foto

Tatayana və qızı Nadya
Olimpiya çempionunun dediyinə görə, qızına hədiyyəni seçmək çox asan olub: "Qızımız hər tərəflidir. O həm gəlincikləri və digər inkişaf etdirici oyunlar və kitablara həvəs göstərir. Bundan başqa balaca Nadya donları da çox sevir. Ona deyilən komplimentləri də anlamağa başlayıb".
Tatyana Navkanı Sisiliya gözəl iqlimi ilə yox bənzərsiz memarlıq abidələri ilə cəlb edib. Tatyananı ən çox Taormin şəhərindəki amfiteatr təsirləndirib. Bir vaxtlar bu amfiteatrda qladiator döyüşləri keçirilib. Taormindəki amfiteatr bizim eradan əvvəl 3-cü əsrdə inşa olunub. Teatrın restavrasiya işlərini 19-cu əsrdə rusiyalı memarlar aparıb. Sonda Navka deyib ki, axır ki, mənə də bu səhnədə rəqs etmək qismət olub.
Məşhur fiqurist Tatyana Navka bu ilin avqustunda Dmitri Peskov ilə ailə həyatı qurub.
Tatyana Navka qızının ad gününü qeyd etdi - Foto

Tatyana Navka ilə Dmitri Peskovun toyu

Mənbə: Ans</span