» » Həm iş həm ailə olmur deyən qadınlara - MƏSLƏHƏT

Həm iş həm ailə olmur deyən qadınlara - MƏSLƏHƏT

Həm iş həm ailə olmur deyən qadınlara - MƏSLƏHƏT

Çalışan anaların əksəriyyətinin cavablandırmağa çalışdığı sual! Bu qədər qaça-qaç, bu qədər çətinlik… Bəzi analar isə bu suala birmənalı olaraq "Əlbəttə ki, uşaqlarım, onların gələcəkləri üçün", - deyə cavab verirlər. Hətta bəzən hesablamalar belə edirlər; "Aldığım maaş bu qədərdir, bu qədəri bağçaya, bu qədəri dayəyə, mənə qalan isə bu qədərdir. Ondansa heç işləməsəm yaxşıdır!".

Məsələ heç də göründüyü kimi sadə deyil. Ucarliyiq.biz aile.lent.az-a istinadən işləyən anaların qarşılaşdıqları problemlər və çıxış yollarını sadalayır.

İşləməkmi, işləməməkmi?

Hansı doğrudur? Bir doğru cavab yoxdur. Kimə görə, nəyə görə deyə soruşmaq lazımdır. Bir düşünün - fiziki olaraq evdə oturmalıyam deyib körpəylə vaxt keçirən, amma ağlı və ruhu başqa yerlərdə olan bir anamısınız? Fiziki olaraq işdə, amma yerdə qalan hər şeylə evdəmi? Ya da ana olduqdan sonra ikinci karyera axtaran ana da ola bilərsiniz.
Bütün cavablar sizin vəziyyətinizə görə dəyişəcək.

Məsələn, bir xəstəliyə müalicə yazılmazdan əvvəl diaqnoz qoyulması mütləqdir. Siz də ilk növbədə bir fərd, sonra da ana olaraq necə bir həyat istədiyinizə qərar verməlisiniz. Məsələn, indi və növbəti 10-15 ildə özünüzü harada görmək istəyirsiniz, nələr edirsiniz, necə görünürsünüz, ətrafınızda kimlər var və bu xəyalı detalla cavablandırmalısınız.
Sonra isə bu həyat içində əhəmiyyət verdiyiniz, "olmasa olmaz" dediklərinizi düşünməlisiniz. İş həyatı insanın vaxtını alan, ancaq bir o qədər maddi qazanc təmin edən bir sahədir. İşləyən, məhsuldar biri olmaq hər kəsin arzusudur. Ancaq bunun hansı şərtlərlə edilməsi şəxsin öz seçimidir.

Baxış mövqeyinizi seçiminizə görə dəyişdirməlisiniz. İş həyatındakı qadınlar ana olduqdan sonra, ya da hələ ana olmağı planlaşdırdıqda "iş, yoxsa uşaq", - deyə düşünməyə başlayırlar. Ancaq məsələ ikisindən birini seçmək deyil, iki tərəfi də bir-birinə necə uyğunlaşdıra biləcəyini planlaşdırmaq olmalıdır. Qadın öz qərarını dəqiq şəkildə verərsə, hamısının öhdəsindən gələ bilər.

Bu çətin qərarı verərkən ana övladı üçün rol model olduğunu unutmamalıdır. Uşağına çalışqan, çətinliklərlə baş edə, öz ayaqları üstündə dura bilən biri olaraq nümunə olduğunu unutmamalıdır.

Kim baxacaq?

İşləməyə qərar verən, ya da doğuş sonrası işə qayıdan ananın gündəminə bu dəfə körpəyə kimin baxacağı sualı girir. Dayə, bağça, yoxsa qohumlar? Hansı ən yaxşı, ən doğrudur?

Burda da yenə ən doğrusu yoxdur. Ailəyə, körpəyə görə dəyişir. Bütün məsələlərdə olduğu kimi, bu işdə də mükəmməl nəsə axtarmaq lazım deyil. Ananın öz uşağına mükəmməl baxa bilməsi də mübahisəlidir. Bir sözlə, kriteriyalarınızı müəyyən edin, gözləntilərinizi dəqiqləşdirin, gerçəkçi olun.

Vicdan əzabı

İşləyən anaları daha da çətin vəziyyətə salan əslində onların özlərinin yaratdığı vicdan əzabıdır. Get-gedə artan bu mənfi düşüncələr ananı və bütün ailəni əhatə edir. Ana ilk başda özü üçün işlədiyini unutmamalıdır. İş həyatı sadəcə maddi olaraq deyil, həm də sosial inkişaf, dünyagörüşü baxımından da qatqı bəxş edir, bacarıq qazandırır. Əslində bunlar ailə həyatına, uşaqla münasibətə faydalıdır. Qısası, ana işləyərək yanlış etmədiyini, uşağa zərər vermədiyini düşünərsə, bütün bu mənfi düşüncələr ortadan qalxar.

Çatdırmamaq duyğusu

İşləyən analar həm işdə, həm də evdə işlədiyindən onlara zaman və enerji yetmir. Üstəlik ana mükəmməliyyətçidirsə, onda yetişməmək duyğusu daha yoğun yaşanır.

Ana evdə bir çox işi bölüşə bilər. Başda həyat yoldaşı olmaqla, ətrafda insana yardın etmək istəyənlər çoxdur. Yetər ki, bu qaynaqlardan yaxşı istifadə edək. Bunu etmədiyində çalışan ana özündən vaz keçir. Çox qadın özünə belə, vaxt ayıra bilmir. Ancaq bu, vacibdir, ana olaraq sağlam olmalısınız ki, ailəniz də sağlam olsun. Düzgün və vaxtında qidalanmaq da bunun təməlidir.

Karyera gözləntisi

Çox qadın işində xoşbəxt olmadığı üçün işləmək istəmədiyini dilə gətirir. Fərd olaraq karyera planlarınızı yenidən gözdən keçirin, sonra isə sizi xoşbəxt edəcək bir iş üçün addımlar atın.