» » “Beatles”in ilk müqaviləsi auksionda satışa çıxarılacaq - Video

“Beatles”in ilk müqaviləsi auksionda satışa çıxarılacaq - Video

“Beatles”in ilk müqaviləsi auksionda satışa çıxarılacaq - Video

Əfsanəvi “Beatles” qrupunun ilk müqaviləsi auksiona çıxarılacaq.
ANS TV-nin məlumatına görə, məşhur Britaniya qrupu “The Beatles”in səsyazma studiyası ilə ilk müqaviləsi sentyabrda Nyu-Yorkda “Heritage” auksion evində satışa çıxarılacaq.
Müqavilə 1961-ci ildə kvartetin Almaniyada çıxışı zamanı bağlanıb.
Müqaviləni Con Lennon, Pol Makkartni, Corc Harrison və Pit Best imzalayıb.
Auksion evi sənədin satışından 150 min dollar əldə etməyi planlaşdırır.

Mənbə: Ans</span