» » Qadınların şifrəli sözləri- "Ok", "canım", "bu gün çox çirkinəm"

Qadınların şifrəli sözləri- "Ok", "canım", "bu gün çox çirkinəm"

Qadınların şifrəli sözləri- "Ok", "canım", "bu gün çox çirkinəm"

Qadınların əslində demək istədiyi sətiraltı sözlərin mənası

Əslində qadınları anlamaq o qədər də çətin deyildir. Ancaq bəzi kişilər onları anlamaqda çətinlik çəkdiklərini deyirlər. Onların sətiraltı sözlərini səhv anlayıb, özlərini çıxılmaz bir vəziyyətə salırlar. Bunun üçün də siz kişilərə qadınlar haqqında bilmədiyiniz sətiraltı sözlərin mənasını yazdıq ki, oxuyub onları daha rahat başa düşəsiniz. Onlara da çətinlik yaratmayasınız. Bu yazını oxuduqdan sonra qadınların dediyi sözləri daha yaxşı başa düşəcəksiniz. Buyurun oxuyun!

"Saçlarımın halına bax! Bu gün çox çirkinəm"

Oxuyun bəylər, bu sözdən sonra siz nə deməlisiniz, bunları bilin. Bir qadın "Bu gün çox çirkinəm" deyirsə, sizdən gözəl sözlər eşitmək istəyir. Sizin isə burda etməli olduğunuz şey "öküzlük" yox, onun yerinə "yoox, məncə çox gözəl görünürsən" deməkdir.

"Mən əsəbi deyiləm!"

Əslində çox əsəbidir, amma sizə bəlli etmək istəmir. Əgər dalaşdıqdan sonra "əsəbi deyiləm"kimi cümlələr deyirsə, heç inanmayın. Çünki o an o əsəblə sizi oda ata bilər.

"Gecə online olmusan canım!"

Whatsapp-ın son görülmə vaxtını yazması sağ olsun, hamını dəli etdi. Sevgiliniz də sizə "gecə online olmusan" deyəndə əslində "gecə kimlərlə danışmısan, nə qələt eləmisən" demək istəyir. O "canım" kəlməsinin saflığına bu qədər inanıb, saf cavablar verməyin. Nəticəsi çox qorxuducu ola bilər!

Seksi və gözəl qızlar yanınızdan keçərkən gözlənilən cümlə: "Səncə, gözəldirlərmi?"

Əslində burada "Tez ol, mənə onlardan daha gözəl və seksi olduğumu de!" demək istəyir...

Dostlarınızla birlikdə gəzməyə gedərsiniz, tam o an: "Ok canım, yaxşı istirahətlər!"

Neyləyək ki, içimizdən keçən doğruların qarşısını ala bilmirik. Məsələn, o cümlənin mənası əslində belədir: " İnşallah, dostlarınla birlikdə çox darıxarsan və həmin günün çox pis keçər!"

"Nə istəyirsənsə, onu da elə" ya da " Necə istəyirsən, elə də olsun"

Bu cümlənin əslində olan variantı isə "Olmasın, o necə istəyirsə, heç vaxt olmasın! İstədiyi hər şeyi də heç vaxt edə bilməsin!" deməkdir.

"Qarnım çıxıb, ayaqların donbul-donbul olub. Artıq idmana getməliyəm məncə, səncə də elə deyilmi?"

Bunun tək bir açıqlaması var o da: "Mənə idmana getməyə ehtiyacın yoxdur de!" deməkdir.

"Mənim üçün fərqi yoxdur, istədiyin yerə gedib birlikdə yemək yeyə bilərik."

Elə bir fərqi var ki, əslində beyninizin içində həmişə hara getməyiniz barədə bir yer hazırdır. Amma "Sənin çox sevdiyin restorana gedəkmi?" sualına həmişə gözləyirik.

"Axşam anamgilə gedə bilərik?"

O cümlənin altında yatan isə əslində belədir: "İstəsən də, istəməsən də onsuz da anamgilə getməliyik, canım."

"Heç vecimə deyilsən"

Bu sözü deyirlərsə, tək dərdləri sizsiniz və sizə doğurdan da dəyər verirlər deməkdir.

"Yox, olmaz!"

Qadınlar yox dedilərsə, demək ki, yoxdur. Bu mövzuda artıq danışmaq və ya sətiraltı bir söz yoxdur. Olmaz deyirlərsə, demək ki, qətiyyən olmaz, bunun daha başqa mənası yoxdur.

Əziz kişilər, qadınlarınızı anlamaq çətin deyil. Sadəcə siz bu mövzunu özünüz daha da çətinləşdirirsiniz. Bunu da deyim ki, qadınlar bu sözləri deyəndə yalnız sizi sevdikləri, dəyər verdikləri üçün deyirlər. Dəyər vermədikləri insanın nə yanında olmaq, nə də ondan yaxşı bir söz eşitmək istəməzlər. Bunları sizin üçün edirlərsə, demək ki, onun üçün dəyərlisiniz.

Qəmər Əliyeva