» » Paulo Koelyo Quranı dəstəklədi - Foto

Paulo Koelyo Quranı dəstəklədi - Foto

Paulo Koelyo Quranı dəstəklədi - Foto

Latın Amerikasının tanınmış yazıçısı, “Kimyagər” əsəri ilə dünya şöhrəti əldə edən braziliyalı müəllif Paulo Koelyo müsəlmanların müqəddəs kitabı Qurani Kərimə dəstək nümayiş etdirib. Ucarliyiq.biz xəbər verir ki, məşhur yazar sosial şəbəkədə özünə aid fan səhifədə “Dünyanı dəyişdirən kitab” qeydi ilə Qurani Kərim şəkli paylaşıb.
Paulo Koelyo Quranı dəstəklədi - Foto

Hiba Burkan adlı ərəb qızının, “Zorakılığın və cinayətin mənbəyi olan kitab” – şərhinə isə yazarın cavabı kəskin olub:
“Bu düzgün deyil. Biz xristianlar əsrlər boyu inancımızı qılınc gücü ilə yaymağa çaılışmışıq. “Səlibçi”nin lüğətdəki mənasına baxa bilərsən. Qadınları cadügər iddiası ilə qətlə yetirdik. Elmi naliyyətlərin qarşısını, Qalileydə olduğu kimi kəsməyə çalışdıq. Amma bu, inancların yox, ondan sui-istifadə edənlərin problemidir.” – deyə məşhur yazıçı verdiyi cavabda qeyd edib.
Paulo Koelyo Quranı dəstəklədi - Foto

Bundan sonra Koelyonun şərhi minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən dəstəklənib, paralel olaraq Hiba Burkanın şərhinə etirazlar olub. Yazarın Qurani Kərim barədə statusu 40 min, ərəb qızına cavab yazdığı dəstək şərhi isə 7 min nəfər tərəfindən “Like” edilib.
Paulo Koelyo Quranı dəstəklədi - Foto

Qeyd edək ki, Paulo Koelyonun 50-yə yaxın əsəri 100-dən çox dünya dilində tərcümə olunub.
Paulo Koelyo Quranı dəstəklədi - Foto

Mənbə: Ans</span