» » Ayaqlarına od vuran kəndirbazdan qorxuducu hərəkət - VİDEO

Ayaqlarına od vuran kəndirbazdan qorxuducu hərəkət - VİDEO

Ayaqlarına od vuran kəndirbazdan qorxuducu hərəkət - VİDEO

Kanada əsilli kəndirbaz Coş Budua növbəti dəfə qeyri-adi şou ilə dünyanı heyrətə gətirib. ABŞ-ın Kolorado ştatında nazik lent üzərinə çıxan kəndirbaz, ayaqlarına od vurduqdan sonra salto vuraraq yenidən kəndir üzərində tarazlığını qoruyub.

Təcrübəli sleklaynerin od püskürən dostu Ceyson Makdonald bu təhlükəli şouya özünəməxsus tərzdə rəng qatıb. Ayaqları yanan kəndirbaz havada fırlanan vaxt, ağzındakı nefti ona doğru püskürən Ceyson, ortaya bu görüntüləri çıxarıb.

Bir anda alov topunun ortasında qalsa da, kanadalı sleklayner fırlanaraq kəndir üzərinə enməyə müvəffəq olub. Buna nail olmaq üçün iki həftədir məşq etdiklərini deyən Ceyson və Coş, istədiklərini reallaşdırmaq üçün havanın açılmasını gözləyirmiş.

Bir müddət əvvəl timsah fermasının üstündən kəndir üzərində keçməklə dünyanın diqqət mərkəzinə düşən Coş Budua, yaxın gələcəkdə daha təhlükəli və baxımlı nömrələr göstərəcəyini deyib.