» » 97 yaşlı nənə Facebook da qan edir... - VİDEO

97 yaşlı nənə Facebook da qan edir... - VİDEO

97 yaşlı nənə Facebook da qan edir... - VİDEO

Bu xanımın 97 yaşı olsa da, gənclərdən heç də geri qalmaq fikri yoxdur.Türkiyənin Rizə şəhərində yaşayan Hüsniyə Avcı Kadıoğlu, gününün yarıdan çoxunu komputer arxasında,daha doğrusu facebook səhifəsində keçirir.

Doğum günündə, nəvələri Hüsniyə Avcı Kadıoğlu-na fərqli ad günü hədiyyəsi etmək qərarına gəliblər. Bunun üçün onlar facebookda nənələrinə hesab açıblar. Lakin 97 yaşlı nənənin sosial şəbəkəyə bu qədər bağlanacağı ağıllarına belə gəlməyib. Bircə gün virtual aləmdən uzaq qalanda darıxdığını deyən Hüsniyə nənə əylənərkən, rəqs edərkən, mahnı oxuyarkən, bir sözlə həyatının ən maraqlı anları ilə bağlı şəkilləri və videoları facebookda paylaşır, rekord sayda bəyənmə qazanır. Hətta vaxtaşırı yaşadığı yerin adət ənələri ilə bağlı məlumatları da virtual dostları ilə bölüşür.

Sosial şəbəkəni sevdiyini deyən nənə, facebook sayəsində darıxmadığını bildirib.