» » Üz maskası yeyən qadın."Onsuz qala bilmirəm" - VİDEO

Üz maskası yeyən qadın."Onsuz qala bilmirəm" - VİDEO

Üz maskası yeyən qadın."Onsuz qala bilmirəm" - VİDEO

Amerika Birləşmiş Ştatlarında yaşayan bir qadın, öz qəribə aludəçiliyi ilə diqqət çəkir. 40 yaşlı Natasha, gün ərzində bir neçə dəfə dərinin daha parlaq və gözəl görünməsi üçün istifadə olunan üz maskalarından yeməsə dayana bilmir.

Dediyinə görə, onda belə bir vərdiş 7 il əvvəl formalaşıb. Üzünə maska çəkərkən təsadüfən həmin maskanın dadına baxıb. Elə o gündən də həmin dadın aludəçisinə çevrilib. Qəribə aludəçilikdən əziyyət çəkən Nataşa deyir ki, maskanın qoxusu və dadı onun çox xoşuna gəlir. Hətta vəziyyət o həddə çatıb ki, hər hansı bir yerə gedəndə belə, o üz maskalarını çantasından heç vaxt əskik etmir.

Həkimlər kimyəvi maddələrdən hazırlanan maskaları yeyən qadının mədəsinin, buna necə dözdüyünü heç cür anlaya bilmir.

40 yaşlı Natasha dostlarından, yaxınlarından ad günü hədiyyəsi olaraq da hər hansı bahalı əşyalar deyil, üz maskası istəyir.