» » "Cındırından cin ürküdən" geyimlər - VİDEO

"Cındırından cin ürküdən" geyimlər - VİDEO

"Cındırından cin ürküdən" geyimlər - VİDEO

Geyimə, sadəcə daşıdığınız əşya kimi baxmayın. Əslində o müəyyən mənada sizin kimliyinizin göstəricisidir. Yəni, insanlar böyük ehtimalla xarakterlərinə uyğun tərzdə geyinir. Hətta geyim, onu daşıyan kəsin əxlaqını da birbaşa ortaya qoyan amillərdən hesab olunur. Məsələnin bu qədər ciddi tərəfi başqa günün mövzusu olsun. Sizə kimdən deyim, kimdən danışım, müasir gənclərimizdən. Bəli, gəncin əvvəlindəki müasir ifadəsini elə-belədən demədim. Zəmanə uşaqlarını dondan-dona salan bu müasirlik xəstəliyi, ortaya baxımsız, zövqsüz mənzərə qoyub.

Marağlı burasındadı ki, oxşar aqibətli gənclərin özləri də bir-birinin geyim tərzinə irad tutur.

Bu gün gənc oğlanların əksəriyyəti qurşaqdan aşağı, belindən düşən şalvarlara üstünlük verir. Qızlarınsa, davadan çıxmış adamın əyin-başı kimi cırıq-cırıq şalvarları, müasirliyin göstəricisi kimi qiymətləndirilirsə, onda məsələnin psixoloji tərəfi aktual olur.

Psixoloq iş şəraitinə uyğun geyinməyin tərəfdarıdır. O, hesab edir ki, bu kimi qaydalara riayət etmək, insanın normal işləməsinə də şərait yaradır.

Ola bilsin ki, məsələyə yanaşma tərzimiz və ya arqumentlərimiz kimlərisə qane etməsin... Çünki, bu bizim subyektiv baxışımız idi. Siz də baxın, bəlkə bir gün obyektiv nəticə çıxara bildik...

ATV.az