» » Qadınları xəyanətə kişilər məcbur edir?

Qadınları xəyanətə kişilər məcbur edir?

Qadınları xəyanətə kişilər məcbur edir?

Statistikaya görə kişilər qadınlara nisbətdə 4 dəfə tez və çox xəyanət edirlər.
Kişilər ailələrindən sevgi, qayğı, hörmət görsələr də digər qadınlara dadlı və fərqi yemək kimi baxırlar. Və əksər kişilərin dedikləri söz budur: "Mən xəyanət etmirəm, sadəcə ailəmdən soyumamaq üçün bunu edirəm, bir ömr boyu eyni qadınla qala bilmərəm, fərqli qadınlarla münasibəti xoşlayıram, mən kişiyəm, mənə olar" kimi sözlər də deyənlər var. Lakin qadınlar bunu edəndə fəlakət olur. Sanki kiməsə qəsd edib. Bunu da bilmək lazımdır ki, qadın xəyanət edirsə, bunun arxasında bir səbəb dayanıb. Ya diqqətsizlik ya da cinsi problemlər. Amma ən çox cinsi problemlər üçün olur.

Qadınlar güclü, ehtiraslı və aktiv kişiləri bəyənir.

Müasir zamanın qadınları daim güclü və onu hər pislikdən qoruyan bir kişi arzulayır. Bu baxımdan əgər kişidə bu gücü görməzsə və ona arxalana bilməzsə, arxa dayağı başqa yerdə axtarır.

Uzun illər bir yerdə yaşadıqdan sonra kişilər öz qadınına qadın kimi yanaşmır, onu evdə uşaqların anası kimi baxır. Qadın kimi hörmət göstərmir. Bu da qadına artıq qadın olduğunu unutdurduğunu bildirir. Bu zaman qadın öz qayğısını, qadın kimi dəyər görməsini istəyir. Bu da xəyanətə gətirib çıxarır.

Məsələn bir hekayə yazacağam sizə baxın görün burda təqsir kimdədir?

Qadın tanıyıram deyir ki, "yoldaşımda impatensiya var. Evləndiyimiz gündən bu yana artıq 14 il ötüb. Nişanlı olanda görüşürdük, əlimdən belə tutmurdu. Deyirdim, yəqin utanır, ona görə belə edir. Amma ailə qurandan sonra bildim ki, yoldaşımda imtatensiya var. O məni aldadırdı ki, təzə ailəyik utanıram ona görə olmur. Toydan bir ay sonra iynə vurub gəldi və hər şey həmin gün normal şəkildə oldu. Cinsi əlaqə olmamağı bir tərəfə o həmdə mənə qarşı çox kobud və diqqətsiz idi. Lakin bundan sonrakı həyatımın 14 ili ölümdən betər oldu. Yanımda yoldaşım ola-ola heç bir münasibətimiz olmurdu. Gecələrlə sancı ilə doğranırdım. Bu əzaba artıq dözə bilmədim və biriylə münasibət qurmağa başladım. O da mənim ailəli olduğumu bilirdi. Bilirəm bəlkə də səhv edirəm amma mən də bir insanam, qadınam, mənim də hissiyatım var. Artıq dözə bilmirdim.

Qadınlar incə məxluqdurlar, onlar həmişə sevib-sevilsələr, diqqət görsələr heç vaxt xəyanət etməzlər. Heç bir qadın xəyanətin tərəfdarı olmaz. Xəyanət etmək istəməz. Belə bir fikir deyirlər: Əgər qadın evdə kişidən kişilik görsə gəzməz.

Qəmər Əliyeva