» » Facebook-dan bloqqerlərə dəstək

Facebook-dan bloqqerlərə dəstək

Facebook-dan bloqqerlərə dəstək

Facebook sosial şəbəkəsinin tətbiq edəcəyi son yenilik ən çox bloqqerlərin və bloq yazı həvəskarlarının ürəyincə olacaq.
Ucarliyiq.biz xəbər verir ki, sosial şəbəkədə daha uzun yazıları paylaşmağa imkan verən "qeydlər" ("notes") bölməsi bloq olaraq istifadə edilə biləcək. Bunun üçün həmin bölmənin funksiyaları artırılacaq.
Bundan başqa, yazıların paylaşımını istəkdən asılı olaraq tənzimləmək də mümkün olacaq. Belə ki, paylaşılan yazını istər bütün sosial şəbəkə istifadəçləri, istərsə də ancaq dostlarla paylaşmaq olar.
Hal-hazırda sınaq mərhələsində olan yeni "qeydlər" bölməsi quruluşu və dizaynına görə dünyanın ən məşhur bloq platformalarından biri Medium-a bənzəyir və hələlik bütün facebook istifadəçiləri üçün olmasa da, məhdud sayda istifadəçilər üçün əlçatandır.
İndiyədək facebook-un "qeydlər" bölməsi yalnız daha geniş yazıların paylaşılması üçün istifadə edilirdisə, dizayn və funksiyalarındakı dəyişikliklərdən sonra daha geniş kütlə tərəfindən və daha çox məqsədlər üçün istifadə ediləcəyi gözlənilir.

Mənbə: Ans</span