» » 22 yaşı var, özünü oyuncaqlara həsr edib - VİDEO

22 yaşı var, özünü oyuncaqlara həsr edib - VİDEO

22 yaşı var, özünü oyuncaqlara həsr edib - VİDEO

Oyuncaqlarsız bir günüm olmasın deyir... Amerika Birləşmiş Ştatlarında yaşayan 22 yaşlı Markın oyuncaqlara olan bağlılığı, eşidən və görən hər kəsin təəccübünə səbəb olur.

Mark hələ kiçik yaşlarından bu cür oyuncaqlar yığmağa başlayıb. Lakin bu kolleksiya arasında müxtəlif ölçülü 15 oyuncaq var ki, 22 yaşlı gənc onlar olmadan bir gününü belə təsəvvür etmir.Oyuncaqlara olan sevgi, Markın insanlarla sevgi münasibətlərinin də üstündən xətt çəkib.Bir müddət əvvəl sevgilisindən oyuncaqlara görə ayrıldığını deyən gənc, bu seçiminə görə heç də peşiman deyil.

Hazırda oyuncaqları ilə birlikdə yeyən, yatan, hətta onları vaxtlı- vaxtında çimizdirən Mark, ömrünün sonuna qədər onların qulluğunda duracağını deyir.