» » 41 dərəcə isti gözlənilir

41 dərəcə isti gözlənilir

41 dərəcə isti gözlənilir

Avqustun 20-si axşamadək Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü, ayrı-ayrı saatlarda havada rütubətliliyin normadan çox olması ilə bürkülü hava şəraitinin yaranması və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən əlumata görə,Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27˚, gündüz 32-37˚, Bakıda gecə 24-26˚, gündüz 35-37˚ isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə aran rayonlarında 21-26˚, gündüz 34-39˚, bəzi yerlərdə 41˚, dağlarda gecə 15-20˚, gündüz 28-33˚ isti olacaq.

Mənbə: Ans</span