» » Bu günün tarixi (18.08.2015)

Bu günün tarixi (18.08.2015)

Bu günün tarixi (18.08.2015)

Miladi: 18 avqust 2015
Hicri: 03 zilqədə 1436
İlin 229-ci günü
İlin sonuna 136 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.37
Günəş - 06.53
Zöhr - 13.49
Əsr - 18.11
Məğrib – 20.51
İşa – 22.18
E.ə.293-cü ildə Venera ilahəsi şərəfinə Romada ən qədim məbəd inşa olunub
1227-ci ildə moğol imperatoru Çingiz xan vəfat edib
1868-ci ildə fransız astronomu Pyer Jansen Günəş spektrində yeni elementi - heliumu kəşf edib
1912 – Azərbaycanın xalq şairi Mirvarid Dilbazi (1912-2001) anadan olmuşdur. Mirvarid Dilbazi xüsusilə uşaq və gənclər üçün yazdığı şeirlərlə məşhurlaşıb. Nizaminin, Nəvainin, eləcə də bir çox rus və sovet şairlərinin əsərlərini Azərbaycan türkcəsinə tərcümə edib.
1919-cu ildə Azərbaycan Demokratik Respublikasının ilk sərhəd mühafizəsi təsis edilib
1939-cu ildə Azərbaycan Xalq artisti, aktyor Hacımurad Yagizarov anadan olub
1950-ci ildə fransız yazıçısı Onore de Balzak vəfat edib
1991-ci ildə dilçi, ədəbiyyatşünas, pedaqoq Əkrəm Cəfər vəfat edib
1993 - BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbayvanın işğal olunmuş digər rayonlarından qeyd-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub. Bəyanat Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin Ermənistanın hərbi təcavüzünün genişlənməsi ilə bağlı BMT rəhbərliyinə ünvanladığı məktub əsasında qəbul olunmuşdu. Lakin bəyanatda onun icrası ilə bağlı hər hansı mexanizm nəzərdə tutulmadığı üçün o, deklarativ sənəd olaraq qaldı.

Mənbə: Ans</span