» » Xalq artisti Müslüm Maqomayevin doğum günüdür - Video

Xalq artisti Müslüm Maqomayevin doğum günüdür - Video

Xalq artisti Müslüm Maqomayevin doğum günüdür - Video

Bu gün Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etmiş Müslüm Maqomayevin doğum günüdür. Sənətkarın 73-cü yaşını onu sevənlər və yaxınları Müslim Maqomayevin xatirələriylə ilə qeyd edir.
Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir.
1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.
Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi.
Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.
Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Tələbə və Gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır.
İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçərək o, vətənə qayıdaraq Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub.
Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
2008-ci il oktyabrın 25-də Moskvada vəfat edib. Müğənni doğma şəhəri Bakıda, Fəxri Xiyabanda dəfn edilib.

Mənbə: Ans</span