» » Ölkənin ən qeyri adi türbələrindən birində pul çatışmazlığı - Foto

Ölkənin ən qeyri adi türbələrindən birində pul çatışmazlığı - Foto

Ölkənin ən qeyri adi türbələrindən birində pul çatışmazlığı - Foto

XIV əsrdə inşa olunan Bərdə türbəsindəki bərpa işləri müvəqqəti dayandırılıb. Səbəb vəsait çatışmazlığıdır. Üstəlik bərpa işləri zamanı bəzi nöqsanlara da yol verilib.
Ucarliyiq.biz xəbər verir ki, Azərbaycan memarlıq mədəniyyətinin nadir nümunələrindən olan Bərdə türbəsi 1322-ci ildə, Əcəmi memarlıq məktəbinin yetişdirməsi olan Əhməd ibn əl Əyyub Hafiz tərəfindən inşa edilib. Əsasən qırmızı kərpicdən inşa edilən türbənin üzərində bütün istiqamətlərdən oxuna biləcək şəkildə mavi kaşılarla 200 dəfədən çox Allah kəliməsi yazılıb.
Bu səbəbdən abidə xalq arasında Allah Allah türbəsi adlandırılıb. Ötən əsrin 50-ci illərində bərpa adı altında türbənin üzərinə qoyulan ağır beton örtük abidədə çatların əmələ gəlməsinə səbəb olub. 3 il öncə isə ölkə başçısının tapşırığına əsasən Bərdə türbəsinin bərpasına başlanılıb. Amma bir neçə ay öncə prosses müvəqqəti olaraq dayanıb. Səbəb isə hazırda maliyyə vəsaitinin olmamasıdır.
Ölkənin ən qeyri adi türbələrindən birində pul çatışmazlığı - Foto

Türbənin üzərində mavi kaşılarla 200 dəfədən çox Allah kəliməsi yazılıb.
Bundan başqa bərpa zamanı xüsusilə abidənin daxilində onun tarixiliyinə xələl gətirən nöqsanlara yol verilib.
Telefonla əlaqə saxladığımız layihənin baş memarı Ədalət Məmmədov bildirdi ki, lahiyəyə əsasən abidənin daxili hissəsi sarı torpaq, acıdılmış arpa samanından əldə olunan məhlul və keçi tükündən ibarət xüsusi qarışımdan istifadə edilməklə bərpa olunmalıdır.
Ancaq bərpa işlərini həyata keçirən şirkətin mütəxəssisləri keyfiyyəti artırmaq üçün qarışımın tərkibinə müasir tikinti materialı da əlavə edib. Bunun yolverilməz olduğunu deyən Ədalət Məmmədov həmin hissələrin sökülərək yenidən lahiyəyə uyğun bərpa olunacağını bildirdi.
Abidənin çöl hissəsində istifadə olunan tikinti materialları isə İran İslam Respublikasından gətirilib. Ədalət Məmmədovun sözlərinə görə, Bərdə türbəsindəki, kaşı və kərpiclərdən nümunələr Təbriz şəhərinə xüsusi laboratoriyaya göndərilib. İrandan gətirilən tikinti materialları da nümunələrin laboratoriyadakı analizlərinin nəticələrinə əsasən əslinə uyğun olaraq hazırlanıb. Layihənin baş memarı onu da əlavə etdi ki, vəsait ayrılarsa, abidənin bərpasını 3 aya yekunlaşdırmaq mümkündür.
Ölkənin ən qeyri adi türbələrindən birində pul çatışmazlığı - Foto

Ölkənin ən qeyri adi türbələrindən birində pul çatışmazlığı - Foto

Ölkənin ən qeyri adi türbələrindən birində pul çatışmazlığı - Foto

Ölkənin ən qeyri adi türbələrindən birində pul çatışmazlığı - Foto

Ölkənin ən qeyri adi türbələrindən birində pul çatışmazlığı - Foto

Ölkənin ən qeyri adi türbələrindən birində pul çatışmazlığı - Foto

Mənbə: Ans</span