» » 112 yaşlı nənə - əkir, biçir - VİDEO

112 yaşlı nənə - əkir, biçir - VİDEO

112 yaşlı nənə - əkir, biçir - VİDEO

112 yaşı var, amma hələ də həyət-bacada işləyir. Nepalın ucqar rayonlarından birində yaşayan Batuli Lamiçhane, dünyanın ən yaşlı insanı seçilməyə real namizəddir. Onun rəsmi şəxsiyyət vəsiqəsi bu qadının 112 yaşında olduğunu təsdiqləyir. Ötən əsrin əvvəllərində insanların doğum tarixinin təhrif olunduğunu deyən əlaqədar qurumlar isə Batulinin daha yaşlı olduğunu düşünür.

Kifayət qədər yaşlı olsa da, bu qadın bir yerdə dayanmaq bilmir. Səhərdən axşamadək həyətdə, əkin sahəsində işləyən Batuli, gündəlik ruzisini çıxarır. Batulinin ən kiçik oğlunun 80 yaşı var. Qalan bütün övladları artıq dünyadan köçüb. Nəvələri onun qulluğunda dursa da, 112 yaşlı qadın həddən artıq nəvaziş görməyi də xoşlamır. Öz işini özü görən bir əsrlik qadın əzmkarlığı ilə də ölkənin sevimlisinə çevrilib. Dediyinə görə indiyədək Nepalda keçirilən bütün seçkilərdə öz səsvermə hüququndan istifadə edib. Uzunömürlülüyün sirrinə gəlincə...

Nepal rəsmiləri Batulinin adının rekordlar kitabına düşməsi üçün Gines təşkilatına müraciət edib. Onun həqiqətən də 112 və ya daha yaşlı olduğunu sübut etmək üçün müxtəlif tibbi analizlər aparılmalıdır.