» » Qar olmayan yerdə xizək sürdü - VİDEO

Qar olmayan yerdə xizək sürdü - VİDEO

Qar olmayan yerdə xizək sürdü - VİDEO

Fransalı məşhur xizəkçi Kandid Toveks bu suala artıqlaması ilə cavab verib. Alp dağlarının xəzəllə örtülmüş ətəklərində xizəklə sürüşən idmançı, manevrləri ilə hər kəsi heyrətləndirib.

Bir neçə dəfə dünya çempionu olmuş xizəkçi, yarpaqlar və ot örtüyü üzərində kifayət qədər asanlıqla sürüşüb. Peşəkar idmançı hətta asfalt üzərində xizəklə sürət toplamağa da müvəffəq olub.

Qar olmayan yerdə kifayət qədər sürətlə sürüşən xizəkçi hətta havada salto da vurub. Bununla da kifayətlənməyən Toveks, hərəkətdə olan kənd təsərrüfatı texnikası üzərindən də uçaraq keçib.

Havada fırlanaraq avtomobilin yük hissəsinə düşməklə öz şousuna nöqtə qoyan Toveks, tamaşaçıların rəğbətini qazanıb. Ölkənin nüfuzlu rejissorlarından birinin lentə aldığı kadrlar, dünya miqyasında maraqla izlənib.