» » Sevgi nədir? - VİDEO

Sevgi nədir? - VİDEO

Sevgi nədir? - VİDEO

Sevgi nədir?

Sevgi insanın özünü dərk etdiyi andan etibarən hiss etdiyi bir duyğudur. Bunun da növləri var. Məsələn; övlad sevgisi, ata və ana sevgisi, dostluq sevgisi və s. Məndən soruşsalar ki, sevgi nədir? Sevginin yaşamaq üçün gözlədiyin və yaşaya bilmədiyin duyğulardır deyərəm. Varlığını hiss etdiyim halda mənim olmayandır deyərəm. Onun yaxşılığı üçün ayrılmaqdır.

Sevgi fədəkarlıqdır.

Sevgi onu gördüyündə demək istəyib, dilinin tutulduğu məqamdır.

Sevgi sağollaşdığın andan etibarən onun üçün darıxmaqdır.

Sevgi qarşılıqlı hörmətdir.

Sevgi bir-biri üçün lazım gəlsə, canından keçməkdir.

Sevgi xəstə olduğunu bildiyi halda onunla birlikdə olmaqdır.
Sevgi peşmançılıq duymamaqdır.

Sevgi insana güc verən bir hissdir.

Sevgi lazım gələrsə, onun yaxşılığı üçün ayrılmaqdır.

Sevgi qarşılıqsız sevməkdir.

Sevgi "mən" yerinə "sən" deməkdir.

Sevgi ehtirası göz qarşısına gətirmədən yanında olmaqdır.

Sevgi, gözləməməkdir. Gözləmələrin sona çatdığı bir yerdir. Elə bir yer ki, bütün həqiqətlər, bütün dünya silinər. Nə Ondan başa düşməsini gözləyərsən, nə də onu başa düşməyi. Nə onun gəlməsini gözləyərsən, nə də onun Leyli, Məcnun olmağını. Gözlədiyin başqa bir şey yoxdur sevə bilməyi bacarmaqdan başqa.

Sevgi sevgililərin heç bir sözünə üzülməməyi öyrənmək deməkdir.

Sevgi sevgilidən gələn "öl" əmrinə belə "ölərəm" deyə bilməkdir.

Sevgi öz əlləri ilə ürəyini bir bıçağın ucuna qoya bilməkdir.

Sevgi alınmayacağını bilə-bilə gözləməkdir.

Sevgi onu incitməkdən qorxduğu üçün toxunmamaqdır.

Sevgi göz yaşıdır.

Sevgi yanıldığını bilə- bilə sevməkdir.

Sevgi həyatının ən maraqlı anlarını soruşduqda onun adını deməyindir.

Sevgi sevgiliyə bir nəfəs kimi, bir səs kimi yaxın olmaqdır. Sevmək sevgiliyə çox uzaqlarda olsa belə yaşamaq və yaxın olmaqdır. Yaxınlıqdır, doğmalıqdır sevgi.

Sevgi, yalansız bir həyat, ölümsüz bir dünyadır. Sevgi, ilk insanın, Həvvanın Adəmin saflığını və təmizliyini, uşaq mehribanlığını daşıya bilməkdir.

Ən əsası isə sevgi birlikdə qocalmaqdır. Sağlığında, xəstəliyində yanında olmaqdır.

Baxın sevgi bunlardır. Bəzi gənclərin sevgi anlayışı yalnız seks və ehtirasdan ibarətdir.

Sevgisiz həyat yoxdur. Sevgisiz insan yaşayan, nəfəs alan ölü deməkdir. Sevgi bütün bəşəriyyətin yaşamaq istədiyi amma, bəzi hallarda o duyğunun nə olduğunu bilməkdir. Allah hamıya güclü sevgi qismət etsin.

Qəmər Əliyeva