» » Bu balaca qızın hekayəsi bütün dünyanı ağladıb - Hər kəs ona kömək edir - VİDEO

Bu balaca qızın hekayəsi bütün dünyanı ağladıb - Hər kəs ona kömək edir - VİDEO

Bu balaca qızın hekayəsi bütün dünyanı ağladıb - Hər kəs ona kömək edir - VİDEO

Liz Dolder adlı qızın həyatı 2013-cü ildə evlərində baş verən yanğın zamanı tamamilə məhv olub.

Ucarliyiq.biz atv.az-a istinadən bildirir ki, o yanğında atasını, 2 balaca qardaşını və bir bacısını itirib. Yanğınsöndürənlər isə sağ qalan Lizin yanmış bədənini dünyasını dəyişmiş atasının qucağında tapıb. O gündən etibarən Amerikada hər kəs bu balacanı xilas etmək və yenidən həyata qaytarmaq üçün əllərindən gələni edirlər.

Hər kəs tərəfindən daima diqqət mərkəzində olan Lizə minlərlə insan hər gün hədiyyələr alır. Onun bütün arzuları sadə xalq tərəfindən reallaşdırılır. Facebbokdan yeni il üçün açıqcalar istədiyini arzu edən Lizə hələ yeni il gəlməmiş minlərlə insan açıqca göndərib.

Bu açıqcalar isə təkcə onun vətəni Amerikadan yox, dünyada yaşayan və Lizi tanıyan hər kəs tərəfindən göndərilib. Balaca Liz qeyd edib ki, o, özünü dünyanın ən şanslı insanı hesab edir.