» » Ginnesin Rekordlar kitabına düşən pəhləvan oğru çıxdı (VİDEO)

Ginnesin Rekordlar kitabına düşən pəhləvan oğru çıxdı (VİDEO)

Ginnesin Rekordlar kitabına düşən pəhləvan oğru çıxdı (VİDEO)

Adını rekordlar kitabına saldıran şəxs oğru çıxdı. Moskvada oğurluqda ittiham edilərək saxlanılanlardan biri Ginnesin rekordlar kitabının qəhrəmanı çıxıb.

Ucarliyiq.biz ANS PRESS-in verdiyi məlumata görə, xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərində, müxtəlif evlərdən bahalı saatlar, zinət əşyaları oğurlamaqda şübhəli bilinən 3 nəfər həbs olunub.

Belə ki, eyni istiqamətdə evlərin ardıcıl olaraq yarılması Moskva polisini hərəkətə keçirib. Ev yiyəsinin işdə olmasında istifadə edən oğrular qapının qıfılını qıraraq mənzilə daxil olub. Evdə olan bütün qiymətli əşyaları ələ keçirən oğrular, ev sahibinə 1 miliyon rubl zərər verərək, evi tərk ediblər.

Polis hadisədə şübhəli bilinən 3 nəfəri saxlayıb, onlar haqqında araşdırma başladılıb. Araşdırmanın nəticəsində saxlanılan Gürcüstan vətəndaşının rekordmen olduğu bəlli olub.