» » Azərbaycanlı biznesmenin avtoparkından — ŞOK GÖRÜNTÜLƏR

Azərbaycanlı biznesmenin avtoparkından — ŞOK GÖRÜNTÜLƏR

Azərbaycanlı biznesmenin avtoparkından — ŞOK GÖRÜNTÜLƏR

Əslən Azərbaycandan olan oliqarx Roman Manaşirovun ailəsinə məxsus kotecdə axtarış zamanı elit maşınların avtoparkı aşkar olunub.

Ucarliyiq.biz modern.az-a istinadən bildirir ki, avtomobillər bunlardır: İki "Rolls-Royce", "Maybach", "Bentley", "İnfinti GX80", 3 "Toyota Land Cruiser" və bir neçə "Mercedes-Benz".

Avtomobillərin ümumi dəyərinin 100 milyon rubldan çox olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları Roman Manaşirovun mülkiyyətinin müsadirəsi məsələsini həll edirlər. Axtarış zamanı bir neçə dəyərli rəsm əsəri də aşkarlanıb.

Roman Manaşirov həbs edilən dostu Januko Rafailov və onun qardaşı Dona ilə bağlı cinayət təqibinin dayandırılması üçün müstəntiqlərə iki milyon rüşvət verəndə yaxalanıb. Qardaşları cinayətkar qruplaşma yaratmaq və qanunsuz miqrasiyaya görə ittiham edilirlər.